Qadin.NET / Kirşanla bütün bunları bacaracaqsınız!

Kirşanla bütün bunları bacaracaqsınız!

 

Kirşanla bütün bunları bacaracaqsınız!

 

Uşaqların yanını bişməcədən qoruyan kirşanın əslində bir çox işdə əlimizdən tuta bilər. Məsələn:

Düyün düşmüş boyunbağının düyününü asanlıqla açmaq üçün bir qədər kirşan səpin. 

Mebelinizin siyirməsinə bir qədər kirşan səpməklə qışda medeli nəmişlikdən, kifdən qorumuş olarsınız.

 

Kirşanla bütün bunları bacaracaqsınız!

 

Yağlı saçlarınıza kirşan səpməyi sınamısınızsa sizə əhsən! Yox sınamamısınızsa, mütləq sınayın. Bir qədər saç dibinə töküb barmaqlarınızla masaj edin.Kirşan nazik tel saçları daha dolğun göstərir.

 

Kirşanla bütün bunları bacaracaqsınız!

 

İsti yay gecəsi uzunuz, boynunuz tərləyirsə, kirşandan çəkin. Bu sizin dərinizi sərin saxlamağa kömək olacaq.

Qarışqaları mətbəxdən yox etmək istəyrisinizsə, çıxdıqları deşiyə kirşan tökün.

 

Kirşanla bütün bunları bacaracaqsınız!

 

Sevdiyiniz paltara yağ ləkəsi düşüb? Dərd etməyin. Ləkə üzərinə kirşan töküb gözləyin. Yağ hopduran  tərkibi sayəsində paltarınızda ləkə qalmayacaq.

 

Kirşanla bütün bunları bacaracaqsınız!

 

Tujdan iki qat çəkirsinizsə, ilk çəkimdən sonra kirşana bulaşdırılmış tuju kirpiklərinizə çəkin, daha sonra ikinci qat olaraq tujdan istifadə edin. Nəticəsinə heyran olacaqsınız.

Ayaqqabınızda qoxu var? Bunun üçün kirşan ən ideal köməkçiniz ola bilər. Eyni ilə ayaqlarınız da tərlədiyi üçün qoxu verirsə, ayaqlarınıza kirşan çəkə və üzərindən corab geyinə bilərsiniz. 

27 iyun 2016
GO BACK