Qadin.NET / Xəbəriniz olsun!

Xəbəriniz olsun!

 

Xəbəriniz olsun!

 

Yumurtaların qaynadılarkən çatlamaması üçün, suya bir xörək qaşığı sirkə əlavə edin.

Limonu bir neçə ay müddətində təzə saxlamaq istəyirsinizsə, balona yaxud bankaya yığıb, üstünə soyuq su tökün. Lakin suyu həftədə bir dəfə dəyişməyi unutmayın.

Soyuducudakı nəmi aparmaq üçün soyuducunun içinə duz dolu bir qab qoymaq lazımdır.

 

Evdə kartof çoxdursa, onun cücərməsi və büzüşməsinin qarşısını almaq istəyirsinizsə, kartof olan torbaya bir ədəd alma qoyun. Bu təxminən 8 həftə kartofun təzə qalmasına kömək edəcək.

Una qurd düşməsinin qarşısını almaq üçün un olan qabın içinə bir ədəd dəfnə yarpağı atmaq lazımdır.

Bişən zaman südün daşmaması üçün qazanın kənarını yağlamaq lazımdır.

 

Xəbəriniz olsun!

 

 

Qida məhsulları saxlanılan mətbəx dolabından xoşagəlmez qoxulardan qurtulmaq üçün oraya ovulmuş kömür qoyun. Çünki kömür bütün kənar iyləri özünə çəkir. Lakin arabir kömürü dəyişmək lazımdır.

Tərəvəzləri duzlu suda yuyun. Duzlu su tərəvəzləri daha yaxşı və tez təmizləyir. Toz və palçığın suyun dibinə çökməsini təmin edir. Yəməyin duzu çox olduğu zaman qazana bir neçə parça çiy kartof atın. Kartof duzu özünə çəkəcək.

Paltardakı pas ləkəsini təmizləmək üçün ləkənin üzərinə bir neçə damcı limon şirəsi sıxıb ütüləyin.

28 may 2016
GO BACK