Nar hər birimizin çox sevdiyi giləmeyvələrdən biridir. Mövsümündə nə qədər çox yesək bir o qədər xeyirlidir. Bəs narın necə asan və effektli təmizləməyi hər birimiz bilirikmi?
Bu gün sizlərə narın asan təmizlənmə qaydasını təqdim edəcəyəm.
İlk öncə narın yuxarı hissəsini şəkildə gördüyünz kimi kəsib götürürük.
Sonra qabığı dilim-dilim kəsirik.
Qabın üzərində tutub qaşıqla kəsdiyimiz hissələrdən yavaş-yavaş vurmağa başlayırıq. Nar dənəsini əzməkdən ehtiyat etməyin. Çünki əzilmir. Bu zaman nar dənələrin necə qaba töküldüyünü görəcəksiniz.
Nar dənələri hazırdır. İndi necə istəsəniz istifadə edə bilərsiniz.
Nuş olsun!