Qadin.NET / Xalçaların təmizlənməsi

Xalçaların təmizlənməsi

Xalçaların təmizlənməsi 

Xalçanı kobud "şotka" ilə təmizləmək məsləhət deyil bu xalçanı korladır.Yenicə yuyulmuş nəm yerə  xalça sərmək məsləhət deyil.Xalçaya xüsusən də isti maye dağılanda ləkə düşür,əgər siz xalçaya nəsə dağıtmısınızsa onda onu süngər ilə silmək və xalçanı iki tərəfdən quruması üçün qaldırmaq məsləhətdi.Mebelin ayaqları xalçada iz qoya bilər ona görədə mebelin ayaqlarına "rezin"və ya köhnə çantalardan kəsilmiş parça qoya bilərsiz. 

1 litr suya 1 xörək qaşığı sirkə (uksus) töküb xalçanı silməklə onun rəngini açmaq olar.Təmizlikdən sonra süngəri etilin spirtində isladıb xalçanı silsək daha yaxsı görünüş əldə etmiş olarıq. 

Xalçadan mürəkkəb ləkəsini silmək üçün süddə isladılmış pambıqnan sürtmək məsləhətdi.Yağlı ləkələri isə "benzin" ilə silmək və yuyucu tozu ilə yumaq olar (bu təmizlik açıq havada aparılır).Əgər ləkə köhnədirsə təmizlik işini təkrarlamaq olar.Çox çirklənməmiş xalçaları təmizləmək üçün narın duzdan istifadə etmək məsləhətdi.

 

20 may 2011
GO BACK