Qadin.NET / Ev həyatımız üçün praktik məsləhətlər

Ev həyatımız üçün praktik məsləhətlər

 

Ev həyatımız üçün praktik məsləhətlər

 

Mikrodalğalı sobanın təmizliyi: Xüsusilə isitmədə ən böyük köməkçimiz olan mikrodalğalı sobamızı təmizləməyin asan yolu; bir kasa içinə su doldurun, ona bir neçə damcı sirkə damladın və mikrodalğalı sobaya qoyun, 5 dəqiqə yüksək temperaturda işlədin. Sonra təmizləmək çox asan olacaqdır.

Türk qəhvəniz daha çox köpüklənsin: Köpüklü bir türk qəhvəsinin dadına doyum olmaz. Qəhvəni bişirərkən daha köpüklü olmasını istəyirsinizsə, hər zaman təzə çəkilmiş qəhvə istifadə edin, qəhvənizi daim soyuq su ilə hazırlayıb bişirin. Qəhvəni bişirirkən köpüklənməyə başladığı an içinə 1-2 damla soyuq su damladın daha köpüklü olacaqdır. Qəhvəni həmişə az odda ağır-ağır bişirin.

Yanıq ağrısı: Ütü ya da yemək bişirərkən tez-tez qarşılaşılan qəzalardan biri barmağımızı və əlimizi yandırmağımızdır. 1 qab unun içinə yanan barmağınızı salın, ağrısı kəsiləcəkdir.

Çaydanlarınız parıldasın: Hər gün istifadə etdiyimiz çaydanlarımızı parıldatmağın təbii və asan bir yolu var. Sirkə və suyla çaydanınızı ovun təmiz olacaqdır.

 

Ev həyatımız üçün praktik məsləhətlər

 

 

Dəri çantalara qulluq: Qadınların vaz keçilməz aksesuarlarından olan dəri çantaları daha uzun müddət necə istifadə edəcəyinizin haqqında sizlərə praktik məlumatlar verəcəyik. Dəri çantalarınızı gün işığından qoruyun rəngi solmasın. Ətir, saç spreyi kimi məhsulları dəri çantalarınızın yanında istifadə etməyin dəriyə zərər verməsin. Dəri çantalarınızı cilalayaraq daha parlaq olmasını yağış və qar suyunun dəri çantalarınızda ləkə yaratmasını əngəlləyin. Yağış ləkəsi olan bir dəri çantanız varsa bir müddət su buxarına tutun tutun yaxşıca qurulayıb cilalayın.

Şamlar tez əriməsin: Elektirik kəsilincə ya da romantik bir yemək mühitində istifadə etdiyimiz şamlar tez əriməsin deyə; istifadə etməzdən 24 saat əvvəl soyuducuda saxlayın beləliklə, daha uzun müddət istifadə edə bilərsiniz.

Konservləriniz tez kiflənməsin: Həyatı yüngülləşdirən məhsullardan biri də konservlərdir. Xüsusilə işləyən xanımların ilk seçimlərindəndir. Marketdən aldığınız konserva qablarını tərs çevirib soyuducuda elə saxlayın, kiflənməyi geckdirir.

Unlar böcəklənməsin: Xəmir işlərinin əsas ərzağı olan un böcəklənməsin deyə qabın içinə 1-2 dəfnə yarpağı atın. Təsirini görəcəksiniz.

1 fevral 2016
GO BACK