Qadin.NET / 30 günlük motivasiya proqramı: 1-ci gün

30 günlük motivasiya proqramı: 1-ci gün

30 günlük motivasiya proqramı: 1-ci gün

Bakida ilk dəfə xanımlar üçün 30 günlük motivasiya proqramı.

Azərbaycanın ilk xoşbəxtlik və uğur Mərkəzi olan LESS.az-dan Qadın.net üçün eksklüziv olaraq:
Beynəlxalq Sertifikatlı Master Yaşam Kouçu və Yoqa İnstruktoru Arzu Kərimova tərəfindən hazırlanmış 30 GÜNLÜK MOTİVASİYA Proqramı təqdim olunur: 1-ci Günün Mövzusu və Motivasiya Videosu.

Günün sualı:

Ən Böyük arzularınızdan, niyyətlərinizdən və məqsədlərinizdən nədən bu qədər uzaq düşdünüz? Nədən  indi onlar sizə belə əlçatmaz görünür?
Kim bilir, bəlkə də, məqsədlərinizə gedən yolda daim mükəmməl olmağa çalışdıqca, özünüz də hiss etmədən, əslində, hədəflərinizdən daha da uzaq düşdünüz?
Hələ də səhvsiz yaşamaq və mükəmməl nəticələr əldə etmək üçün əlinizdən gələni edirsiniz ki, başqaları sizi qınamasın, səhvlərinizə görə mühakimə və ya tənqid etməsin... Amma bircə şeyi unudursunuz. Özü də məqsədlərinizə çatmağa sizə kömək edəcək ən vacib şeyi..! ÖZÜNÜZ OLMAĞI!
Uşaqlıqdan səhv etməkdən qorxmağımız böyüdükcə vərdiş halını alaraq ruhumuza elə hopur ki, həyatın elə hey mübarizə olduğuna inanırıq, bacardıqca səhvlərdən uzaq mükəmməl, hətta "başqalarından daha yaxşı" yaşamağa səy göstəririk. Kim bilir, bəlkə də özümüzün deyil, başqalarının həyatını yaşayırıq?! Amma unuduruq ki, ötən hər günü geri qaytarıb daha özümüz ola bilmərik...
İndi deyin görək: Mükəmməliyə vararaq əldə etdiyiniz bugünku nəticələrdən razısınızmı? Həyat, sizcə, budurmu? Xeyr..!

30 günlük motivasiya proqramı: 1-ci gün

Hədəflərinizə gedən yolda səhvlər də edəcəksiniz, üzüüstə dəfələrlə yıxılıb duracaqsınız da. Amma etdiyiniz hər səhv sizin

Öz həyat hekayənizin şanlı bir səhifəsi olacaq! Yalnız sizə məxsus Unikal Bir Həyat Səhifəsi!
İndi 2016-cı ilə 100% yeni həyat tərzi yaşamağa nə deyirsiniz? Elə bu gün ilk addımınızı atın! Özü də hər addımınızı ÖZÜNÜZ olaraq atın, hər qərarınızı ÖZÜNÜZ olaraq verin.
Bax o zaman həyatınız L imitsiz, S adə, E ffektiv və S ürətli (LESS) olacaq.
Beynəlxalq Sertifikatlı Master Yaşam Kouçu və Yoqa İnstruktoru Arzu Kərimovanın Müəllifi Olduğu Video:

Xoşbəxt və Uğurlu Həyata Doğru:

1-ci Motivasiya Videosu "İlk Addımı At":

25 yanvar 2016
GO BACK