Qadin.NET / Evini boyamaq istəyənlər üçün

Evini boyamaq istəyənlər üçün

Evini boyamaq istəyənlər üçün

Evinizdə dəyişiklik etmək istəyirsiniz və evinizin boyası da bu “dəyişikliklər planına” daxildir. Elə isə işinizə bu xəbəri oxumaqla başlaya bilərsiniz.

Niyə sizin vurduğunuz boya tez deformasiyaya məruz qalır və ya tutmur? Halbuki, evinizə bir rəngsaz çağırdıqda istədiyiniz nəticəni əldə edə bilərsiniz. Çünki boya vurmağında öz sirləri var. Siz də bu sirləri öyrəndikdən sonra evinizi istədiyiniz kimi boyaya bilərsiniz. Bunun üçün ilk növbədə hansı səth üçün hansı boya seçməli olduğunuzu bilməlisiniz. Məsələn: boyayacağınız səth taxtadırsa, bu səthi boyamaq üçün yağlı boyalara üstünlük verməlisiniz. Qalan yerlərdə sintetik boyalardan da istifadə edə bilərsiniz. Yağlı boyaları vurmaq üçün təbii ki, fırçadan istifadə edin və işiniz bitdikdən sonra fırçanı həllediciylə təmizləyin. Sintetik boyalar üçün isə sintetik fırçalardan istifade edə və işiniz qurtardıqdan sonra fırçalari sabun və ya su ilə təmizləyə bilərsiniz.

 Evini boyamaq istəyənlər üçün

İndi isə boya vurarkən diqqət etməli olduğunuz digər sirlər barədə...

Boya vurmaq üçün lazım olan bütün alətlərinizi hazırlayın.
Boya vurarkən ən çox diqqət etməli olduğunuz şey eyni markaya aid olan məhsullardan istifadə etməkdir.
Seçdiyiniz boyanın və ya başqa materialların istidafə qaydalarını oxuyun və verilən tövsiyələrə əməl edin.
Heç bir boyanı kirli və ya enmli səthə vurmaq olmaz. Səthi istifadə edəcəyiniz boyanın növünə uyğun olaraq hazırlayın və səthi bütün "maneələrdən" təmizləyin.

Evini boyamaq istəyənlər üçün

Suvaqlı və ya beton səthləri suvaq və ya beton hazır olduqdan ən tezi 3-4 həftə sonra boyaya bilərsiniz.
Boyadan istifadə etməzdən əvvəl yaxşıca qarışdırın.
Boyanı çox isti və ya çox soyuq mühitlərdə vurmaq olmaz.
Boyanı nazik qatlarla vurmaq lazımdır.
Boyaya boyanın üzərində göstərilən miqdardan çox həlledici qarışdirmaq olmaz.
Boyanızın daha yaxşı yapışmasını istəyirsinizsə, parlaq səthləri sumbata kağıı ilə ovun.
Artıq qalan boyanı saxlamaq üçün üzərinə öz həlledicisindən əlavə edin və qarışdırmadan ağzını bağlayaraq sərin bir yerdə saxlayın.

24 yanvar 2016
GO BACK