-Keksinizi keks qəlibindən daha asan çıxarmaq üçün qəlibin ortasına alminium folqa qoyun.
-Bişirdiyiniz keks qəlibindən çıxmırsa, qəlibin altına yaş parça sərin.
-Keks bişirirərkən sobanı əvvəlcədən qızdırın və keks qəlibini sobanın orta gözünə qoyun.
-Keksin bişib-bişmədiyini bilmək istəyirsinizsə, ortasına qızdırılmış iti bıcaq batırın. Bıçaq xəmirə bulaşmasa, deməli, keksiniz hazırdır.
-Keks bişirirərkən ilk 15-20 dəqiqədə sobanın qapağını açmayın. Yoxsa, keksiniz qabarmaz.
-Keks qəlibinə və ya tavaya un əvəzinə səkər tozu səpsəniz, keksin dadı da, rəngi də daha gözəl olar.
-Keks bişirərkən istifadə edəcəyiniz yumurtalar otaq temperaturunda olmalıdır.
-Mətbəx robotunuz və ya xəmir qarışdıranınız yoxdursa, keks xəmirinizi taxta qaşıqla mütəmadi olaraq eyni istiqamətdə qarışdıraraq yoğura bilərsiniz. Belə olduqda,keksiniz də daha yaxşı qabarar.
-Keksinizin daha ləzzətli olması üçün yurmurtasını, yağını və səkərini çox, ununu isə az çırpmaq lazımdır. Xususilə, yumurtanı əvvəlcə aşağı, sonra yuxarı sürətdə uzun müddət çırpmaq lazımdır. Un, qabartma tozu və nişasta isə keksə ən son əlavə edilən ərzaqlardır. Bu ərzaqları taxta qaşıqla bir qədər qarışdırmaq kifayətdir.
-Keksinizin yumşaq qalmasını istəyirsinizsə, dəsmalla və ya aliminium folqa ilə bükün.
-Üzümlü keks hazırlamaq üçün istifadə edəcəyiniz üzümü yaş parçaya bükərək bir gecə saxlayın. Əgər üzümlərin ətrini itirmədən yumşalmalarını istəyirsinizsə, zeytun yağı ilə bir qədər isladın. Üzümlərin xəmirin içərisində yaxşı qarışması üçün şəkər tozuna və ya una bulayaraq keks xəmirinə qatın. Meyvələr və ya meyvə qurularə keksin dibinə çöksə, onları əvvəlcə una bulayın, sonra qaşıqla əlavə edin.
-Kokoslu keks hazırlayarkən daha yumşaq olmasını istəyirsinizsə, kokosu keks qarışığına əlavə etməzdən əvvəl bir saat süd dolu qabda saxlayın.
-Keksi isti-isti kəsmək istəyirsinizsə, dağılmasın deyə bıçağı əvvəlcə suya batırın, sonra kəsin.