Qadin.NET / Limonun evdarlıqda istifadəsi

Limonun evdarlıqda istifadəsi

 

Limonun evdarlıqda istifadəsi

 

Limondan istifadə etdikdən sonra qabığını atmayın. Çünki bu qabıqları qurudaraq hisli və yağlı mətbəx əşyalarınızı təmizləmədə istifadə edə bilərsiniz. Digər tərəfdən, bu qabıqlardan polad əşyaları parıldatmaq üçün də, istifadə etmək olar

Limon bərkdirsə, kəsməzdən əvvəl bir-iki dəqiqə isti suda saxlayın. Daha sulu olacaqdır.

Limon sıxmaq üçün alətiniz yoxdursa, bir şiş və ya mil götürün və limonu ortadan deşin. Beləcə həm limonu sıxdıqca çeçəyi çıxmayacaq, həm də daha çox limon suyu əldə edəcəksiniz.
Əti limon suyu ilə bişirsəniz, həm tez bişər, həm də ləzzətli olar. İstifadə olunmuş limon qabıqlarını sürtgəcdən keçirib şəkərlə qarşıdırın. Bu qabıqları şüşə qabın içərisində soyuducuda uzun müddət saxlaya bilərsiniz. Beləliklə tort bişirərkən limon qabıqları əlinizin altında hazır vəziyyətdə olacaqdır.

Limon alarkən qabığı kələ-kötür və qalın limonları almayın. Belə limonların suyu az olur. Qabığı hamar və nazik limonlar isə həm daha çox şirə verir, həm də ətri daha gözəl olur.

Limondan daha çox su əldə etmək istəyirsinizsə, limonu yuyub quruladıqdan sonra çəngəllə deşin, sonra suyunu sıxın.

 

Limonun evdarlıqda istifadəsi

 

Kartofu pörtlədərkən rəngi dəyişir və bozumtul reng alır. Bunun qarşısını almaq üçün qaynayan suya bir qədər limon sıxsanız, həm rəngini dəyişməz, həm də daha ləzzətli olar.
Limonun qabığından istifadə etmək üçün qabığın ağ hissəsindən yox, sarı hissəsindən istifadə edin. Ağ hissəsi acı olur.
Kəsilmiş limonu saxlamaq üçün kiçik boşqaba şəkər tozu səpin və limonun kəsilmiş tərəfini bu şəkərin üzərinə qoyun. Beləliklə, limonu iki həftə qurumadan saxlamaq olar.
Limonun kəsilmiş tərəfinə duz da səpərək saxlaya bilərsiniz.
Limonu su dolu bir qaba qoyaraq və hər gün suyunu dəyişərək də qurumağının qarşısını ala bilərsiniz.

21 oktyabr 2015
GO BACK