Qadin.NET / Soyuducuda nəyi hara qoyaq?

Soyuducuda nəyi hara qoyaq?

Soyuducuda nəyi hara qoyaq?

Soyuducuda ərzaqların uzun müddət qalması üçün hər ərzağın öz yeri olmalıdır...

Üst rəflər:
Pendir, bişmiş yeməklər, salatlar, hisə verilmiş balıq və ət üst rəfə qoyulmalıdır. Artıq qalan yeməklər bağlı qablarda təqribən üç gün, hisə verilmiş balığı və əti isə bir həftə saxlamaq olar.

Orta rəflər:
Süd, süzmə, qatıq, qaymaq və təzə pendirin yeri soyuducunun orta rəfləridir. Açilmış qutular təqribən dörd gün soyuducuda qala bilər.

Tərəvəzlər:
Çiyələk, böyertikən və s.  Bu kimi meyvələr, göbələk, xiyar, cəfəri, təzə nanə, şüyüd və s. Kimi tərəvəzlərin yeri tərəvəzlikdir. Tez xarab olan meyvə və tərəvəzləri soyuducunun tərəvəzlik hissəsində üç gün saxlamaq olar. Digər meyvə və tərəvəzləri soyuducuda saxlamaq şərt deyil. Banan və manqo kimi eqzotik meyvələri, portağal, naringi kimi sitrus meyvələrini, həmçinin pomidoru soyuducuya qoymayın, dadları dəyişə bilər.
 

Soyuducuda nəyi hara qoyaq?

Xiyar və ya bibər kimi sulu tərəvəzlərin isə nə soyuducuda, nə də çöldə ömürləri uzun deyil. Bunları mümükün qədər tez istifadə etmək lazımdır.

Qapı:
Kərə yağı, marqarin, yumurta, açılmış mürəbbə bankaları, qazlı içkilər, salat sousları və s. Qapıdakı gözlərə qoyulmalıdır. Açılmış meyvə və tərəvəz sularını çox saxlamaq olmaz. Qaoıdakı bütün başqa ərzaqları bir neçə həftə saxlaya bilərsiniz. Yumurtaları üç gündən çox saxladıqda köhnəlir. Bütün ərzaqlar ağzı bağlı qablarda saxlamaq məsləhətdir. İstəsəniz, təbii ki, kosmetikalarınızı da soyuducuya qoya bilərsiniz.

Soyuducuda nəyi hara qoyaq?

Alt rəflər
Çiy ət və balıq alt rəflərə qoyulmalıdır. İstər çiy ət, istərsə də, balıq bir gün ərzində istifadə olunmalıdır. Ancaq ət və toyuqu soyuducunun buz yerində 2-3 gün saxlamaq olar.

24 yanvar 2016
GO BACK