Qadin.NET / Cem bişirmək istəyənlərə məsləhətlər

Cem bişirmək istəyənlərə məsləhətlər

Cem bişirmək üçün turş alma, armud, ərik, şaftalı, gavalı, böyürtkən, qarağat, çiyələk, moruq və s. meyvələrdən istifadə edirlər. Cemin mürəbbədən əsas fərqi odur ki, burada meyvənin formasını saxlamaq vacib deyil. Digər tərəfdən, cemin şirəsi mürəbbənin şirəsindən fərqli olaraq süzülmür. Cem bişirmək üçün meyvənin yeyilməyən hissələrini təmizləmək, böyük meyvələri 2-8, kiçik meyvələri 2-4 hissəyə bölmək lazımdır.

Qeyd: cemi emallı qabda bişirmək məsləhət deyil. Ən yaxşısı cemi mis və ya aluminium qabda bişirmək və hazır olan kimi boşaltmaqdır.

Cem bişirmək istəyənlərə məsləhətlər

Alma cemi.

Alma cemi üçün 1 kq meyvəyə 3 stəkan şəkər tozu və 0,5 stəkan su götürün. Qabıqlı və ya qabığı soyulmuş almanı 4 yerə bölün. Təmizlədikdən sonra nazik dilimlərə ayırın. 1 stəkan şəkər tozu və 0,5 stəkan su əlavə etdikdən sonra yumşalana qədər bişirin. Sonra qalan şəkər tozunu əlavə edin. 5-10 dəqiqə bişirin.

Qeyd: alma ceminə su əlavə etmədən də, bişirmək olar. Bunun üçün almanı nazik dilimlərə ayırmaq, şəkər tozu əlavə etmək və 15-20 dəqiqə hazır olana qədər bişirmək lazımdır. Ətir vermək üçün 1 çay qaşığı darçın əlavə etmək olar.

Cem bişirmək istəyənlərə məsləhətlər

Armud cemi.

Armud cemi üçün, 1 kq meyvəyə 3 stəkan şəkər tozu və 2 stəkan su götürün. Qabığı soyulmuş armudun tumunu təmizləyib dilimləyin. 1 stəkan şəkər tozu və 2 stəkan su əlavə etdikdən sonra yumuşalana qədər bişirin. Qalan şəkər tozunu əlavə edib hazır olana qədər bişirin. Sulu armuddan cem bişirdikdə su əlavə etmək lazım deyil. Bunun üçün armudu dilimlərə ayırın, şəkər tozu əlavə edib 40-50 dəqiqə saxlayın. Şirəsini buraxdıqdan sonra fasiləsiz qarışdırmaq şərti ilə hazır olana qədər bişirin.

Qeyd: cem bişirmək üçün yay və payız armudlarından istifadə etmək məsləhətdir.

Cem bişirmək istəyənlərə məsləhətlər

Heyva cemi.

Heyva cemi üçün, 1 kq meyvəyə 3 stəkan şəkər tozu və 2-3 stəkan su götürün. Təmizlənmiş və ya yuyulmuş xırda dilimlərə ayırın. Yumşalana qədər su ilə, yumşaldıqdan sonra şəkər tozu ilə 15-20 dəqiqə hazır olana qədər bişirin.

Qeyd: cem bişirmək üçün turş və turşaşirin heyvalardan istifadə etmək məsləhətdir.

Cem bişirmək istəyənlərə məsləhətlər

Ərik cemi.

Ərik cemi üçün 1 kq meyvəyə 3 stəkan şəkər tozu və 0,5 stəkan su götürün. Əriyi yuyun 2 və ya 4 yerə böldükdən sonra şəkər əlavə edin və fasiləsiz qarşdırmaq şərtilə hazır olanadək bişirin.

Cem bişirmək istəyənlərə məsləhətlər

Şaftalı cemi.

Şaftalı cemi üçün 1 kq meyvəyə 3 stəkan şəkər tozu və 0,5 stəkan su götürülür. Təmizlədikdən, yuduqdan və tumunu çıxardıqdan sonra dilimləyin. Su əlavə etdikdən sonra 10 dəqiqə, şəkər tozu əlavə etdikdən sonra isə hazır olanadək bişirin.

Qeyd: əgər şaftalının qabığı acıdırsa, soymaq lazımdır.

Gavalı cemi.

Gavalı cemi üçün 1 kq meyvəyə 3,5 stəkan şəkər tozu və 1 stəkan su lazımdır. Gavalını yuyun, iki yerə bölün, tumunu çıxarın ( böyükləri dörd yerə bölün) yumuşalana qədər su ilə, yumuşaldıqdan sonra şəkər tozu ilə 15-20 dəqiqə hazır olana qədər bişirin.

Cem bişirmək istəyənlərə məsləhətlər

Feyxoa cemi.

Feyxoa cemi üçün 1 kq meyvəyə 3,5 stəkan şəkər tozu və 2 stəkan su lazımdır. Feyxoanı təmizləyin, yuyun iki və ya dörd yerə bölün. Bir stəkan su və bir stəkan şəkər tozu əlavə edərək yumşalana qədər bişirin. Sonra qalan şəkər tozunu əlavə edin və 15-20 dəqiqə bişirin.

15 oktyabr 2015
GO BACK