Qadin.NET / Qoxuları necə yox etmək olar?

Qoxuları necə yox etmək olar?

Qoxuları necə yox etmək olar?

Soyuducudakı qoxuları yox etmək üçün sizlərə bir neçə məsləhətim var: 

Əksər zaman soyuducuya qoyduğumuz yeməklərin qoxusu bir-birinə qarışır və sonda pis qoxu əmələ gəlir. Bunun üçün bir qaba süd qoyub soyuducunun bir hissəsində yerləşdirsəniz bir müddətdən sonra pis qoxular yox olacaq.

Soyuducudakı iy çəkilməzsə, bir qaba vanil töküb pambıq bir parça ilə silsəniz qoxudan əsər-əlamət qalmayacaq.

Soyuducudan pis qoxunun gəlməməsi üçün soda və kömürdən də istifadə etmək olar. Bir qaba soda töküb üzərinə də bir parça kömür qoyub soyuducunun bir hissəsində yerləşdiririk. Bu üsulu da sınaqdan keçirmişəm və yaxşı olduğunu görmüşəm. Soda hətta soyuducunu təmizləməkdə də çox kömək edir insana. Sodalı su ilə soyuducunu siləndə çox gözəl olur.

Qoxuları necə yox etmək olar?

Dibi yanan xörəklərin qoxusu: 

Yeməklərin dibi bir az yanarsa, dibini qarışdırmayın. Xörəyi ehmalca başqa qazana boşaldıb içinə bir neçə dilim limon ataraq yenidən bişirin. Xörəkdən yanıq qoxusu gəlməyəcəkdir. Mənim daha çox sınaqdan keçirdiyim üsullardan biridir bu üsul. Çünki mən xörəkləri çox zaman yandırıram.

Çörək saxladığınız taxta qabdan iy gəlirsə, onu da limonla aradan götürmək mümkündür. Limonu ikiyə bölüb, taxta qabı yaxşıca limonla sürtün. 

Balıq qoxusu:

Balıq bişirəndən sonra mətbəxi bürüyən pis qoxunu dəf etmək üçün limonu yarı kəsin və qazı yandırın. Çalışın, qaz zəif dərəcədə olsun. Kəsdiyiniz limon dilimini qazın üzərinə qoyun. Yavaş-yavaş yanan limon mətbəxinizdən gələn pis qoxunu dəf edəcək. Bununla belə mətbəxinizdən gözəl limon qoxusu gələcək.

Balıq qızardarkən yağdan pis qoxu gəlməsin deyə yağa əvvəlcədən limon sıxın. 

Balıq qoxusunu boşqablardan, bıçaqlardan, çəngəllərdən yox etmək üçün onları yuduğunuz qaba çoxlu içdiyiniz qəhvənin çöküntüsünü atın. Qəhvə çöküntüsü balıq qoxusunu yox edəcəkdir. Sonra qablarınızı su ilə yaxşıca yaxalayın.

Qoxuları necə yox etmək olar?

Soğan qoxusu:

Bir çox insanlar soğan qoxusundan çəkindiyi üçün soğan yeməz. Bunun üçün də soğan yedikdən sonra ağzınızda bir az cəfəri çeynəyə bilərsiniz.

Ağız qoxusu:

Ağız qoxusunu yox etmək üçün qəhvənin tumunu çeynəyin. Düzdür, acı olur, amma ağızdan gələn pis qoxunu yox edecek.

Beləliklə, əziz xanımla,r bu yazdıqlarımın hər birini mən özüm sınaqdan keçirdiyim üçün yazdım ki, sizlər də oxuyub, məlumatlanıb istifadə edəsiniz. Güman edirəm ki, sizlər də mənimlə həmfikir olarsınız. 

 

1 iyun 2015
GO BACK