Qadin.NET / Evdar xanımlar üçün kiçik məsləhətlər

Evdar xanımlar üçün kiçik məsləhətlər

Evdar xanımlar üçün kiçik məsləhətlər

*Balıq konservasını açan kimi şüşə, yaxud saxsı qaba boşaldın. Onu hətda soyuducuda belə qapağı açıq dəmir qabda saxlamaq olmaz.

*Balıq iyini yox etmək üçün bişirməzdən əvvəl üstünə su ilə qarışdırılmış sirkə, yaxud da limon sıxmaq lazımdır.

*Müxtəlif yarmalara, xüsusən də lobyaya qurd düsməsin deyə onları qablara boşaltmazdan əvvəl tavaya töküb sobada, yaxud da sac içində möhkəm qızdırmaq məsləhət görülür.

*Çaydanın burnu çayın təsirindən ərp bağlayıb qaraldıqda onu soda ilə təmizləmək məsləhətdir: belə vaxtda çaydana soda qatılmış qaynar su töküb (1 stəkan suya 1 çay qaşığı soda) 2 -3 saat bu vəziyyətdə saxlyın. Bundan sonra çaydanı 2-3 dəfə isti su ilə yaxalayın.

*İpək paltara düşmüş ütü ləkəsini sodanın qatı qarışığı ilə təmizləmək olur: qarışığı ləkəyə yaxıb qurumasını gözləyin, sonra da şotka ilə təmizləyin.

*Ağcaqanad dişlədikdən sonra əmələ gələn gələn qaşınmanı sakitləşdirmək üçün suya qatılmış soda (1 stəkan suya 0.5 çay qaşığı soda) ən gözəl vasitədir.

 

Evdar xanımlar üçün kiçik məsləhətlər

 

*Əldə əmələ gəlmiş döyənəkləri sodalı isti vannalar ilə təmizləyib aradan qaldırmaq olur. Bunun üçün 1 litr isti suya 1 xörək qaşığı soda töküb onunla həftədə 2-3 dəfə vanna etmək lazımdır.

*Dişlər, xüsusilə də siqaretdən sarı ərp bağlayır. Belə saralmış dişləri yuyarkən fırçanı çay sodasına batırıb üstünə bir neçə damcı limon sıxmaqla ərpi nisbətən təmizləmək olar.

*Üzünüzə çil yaxud ləkə düşmübsə, 2 stəkan suya 3-7 çay qaşığı soda töküb həmin məhlulla üzünüzü silsəniz çillər və piqment ləkələri rəngsizləşər, bir o qədər gözə dəyməzlərlər.

*Bişirilmiş bərk yumurtanı halqa-halqa doğrayarkən bıçağı soyuq suya salın. Belə etsəniz yumurta nazik və səliqəli doğranar, sarısı ovulmaz.

Evdar xanımlar üçün kiçik məsləhətlər

*Bəzən kiçik yaşlı uşaqlar qapı-pəncərəyə, mebelə cızma-qara şəkillər şəkirlər. Belə vaxtda isti sirkənin köməkliyi ilə ləkələri qapı-pəncərədən, mebeldən asanlıqla silmək olur.

*Qalstuku ütülüyəndə karton parçası qoyun. Belə etsəniz ütünü basanda qalstuku alt tərəfindəki tikişin izi üzə çıxmaz.

*Çörək saxladığınız qabın içinə azca duz töksəniz çörək kiflənməz.

*Sürüşməsin deyə balığı təmizləyərkən üstünə duz səpin.

*Süd qaynadarkən qazanı soyuq su ilə yaxalayıb içərisinə tərsinə çevrilmiş boşqab qoyun. Belə etsəniz qazanın dibi yanmaz, həm də süd daşmaz.

27 may 2015
GO BACK