Qadin.NET / Bəzi evdarlıq üsulları

Bəzi evdarlıq üsulları

Əziz xanımlar, sizə təqdim etmək istədiyim üsulları hər biriniz öz evinizdə tətbiq edə bilərsiniz.

1. Kartof və ya makaron qaynatdıqdan sonra suyunu tullamayın, soyudun və güllərinizi sulayın. Bu onlar üçün çox faydalı olacaq. Bu suların tərkibindəki qidalı maddələr otaq bitkilərinin "xoşuna gələcək".

Bəzi evdarlıq üsulları

2. Əgər yumurtaların təzələyinə şübhə edirsinizsə, o zaman sizə sadəcə su dolu ləyən lazım olacaq. Yumurtaları suya buraxın, əgər batarsa, o zaman yumurta köhnədir və istifadəyə yararsızdır. Əgər suda üzərsə, onu istifadə etmək olar. Əgər suyun tam üzünə qalxarsa, o təzə yumurtadır.

Bəzi evdarlıq üsulları

3. Yeməyin duzu artıq düşübsə, soyulmuş kartofdan istifadə edin. Kartof bişdikcə artıq duzu canına çəkəcək. 

4. Evinizdə akvarium varsa, onu təmizləyən zaman suyunu ev dibçəklərinin dibinə tökün. Balığın tərkibində azot və fosfor olduğu üçün suyu əsl gübrəyə çevirir.

Bəzi evdarlıq üsulları

5. Kartof cücərməsin deyə onu saxladığınız kisəyə alma atın.

6. Boş germetik qab saxlanıldığı zaman pis qoxunu özünə çəkməsin deyə içinə duz səpin.

7. Bananı müxtəlif meyvələrlə eyni yerdə və salxımı ilə birlikdə saxlamayın. Bananın uzun müddət qalmasını istəyirsinizsə, onun hissələrini bir-birindən ayırın. Banan özündən qaz buraxır ki, bu meyvələrin xarab olmasını tezləşdirir. Ayrılıqda isə onlar uzun müddət təravətli qalırlar.

Bəzi evdarlıq üsulları

8. Süd turşumasın deyə onun ağzını açan kimi üzərinə bir çimdik duz səpin. 

9. Əti dondurucuya qoyan zaman üzərinə  az miqdarda sirkə tökün, həm ətin donu çox tez açılacaq, həm də yumuşaq olacaq.

Bəzi evdarlıq üsulları

10. Duru yağı təkrar istifadə etməmişdən əvvəl içinə kiçik zəncəfil parçası atıb azca onu qızdırsanız, əvvəlki bişmiş ərzağın qoxusu hiss olunmayacaq.

11. Vazadakı ərp və çirki təmizləmək üçün onun içini soyuq su ilə doldurub 2 tablet Alka-Zelserdən istifadə edin. Güldanınız yeni kimi parıldayacaq.

21 may 2015
GO BACK