Evinizdə bir pişik, ya da it saxlayırsınız? Tüklərini təmizləmək məcburiyyətindəsiniz. Heyvanların tükünü ən çox özünə çəkən bəlkə də evinizdəki xalçalardır. Buna görə xalçalarınızı tozsoranla təmizləməkdən əlavə pişik və it tüklərindən bəzi praktiki üsullarla xilas olmağınız mümkündür. Sizin üçün bu praktiki üsulları addım-addım sadalayıram:
Bir döşəmə dəsmalı ilə heyvan tüklərini yığaq.
Bu üsul az iplikli xalçalar üçün uyğundur. Çox tüklü olan xalçalarda istifadə olunmaz.
Lazım olanlar:
Mətbəx və yer təmizliyi zamanı istifadə olunan dəsmal, sprey şüşəsi, su və tozsoran.
Təmizləmə prosesi:
1. Xalçanı yaxşıca tozsoranlayın.
2. Sprey şüşəsinə su tökün və xalçanın üzərinə yüngülcə suyu sıxın.
3. Dəsmal ilə yüngülcə suladığınız hissələri təmizləyin.
4. Yığılan pişik və ya itin tüklərini iki əlinizlə, ya da süpürgə ilə toplaya bilərsiniz.
Yumşaldıcı ilə heyvan tüklərinin təmizlənməsi.
Karbonat ilə heyvan tüklərini təmizləyək.
Əlimizin altındakı təhlükə!
Əlimizi yumaq üçün istifadə etdiyimiz sabunun Amerikada aparılan təcrübələr nəticəsində sözün tam mənasıyla bakteriya yuvası olduğu aydın oldu.
Amerikada 100-dən çox marka, boy və xüsusiyyətlərə sahib sabunların üzərində bir təcrübə aparılmışdır. Aparılan təcrübədən aydın olmuşdur ki, sabunlarda çoxlu bakteriya var. Bunun səbəbi isə istifadə olunan sabunların istifadədən sonra yaş qaldığıdır. O, yaş qalarkən mikrob yuvası halına dönür. Təcrübə nəticəsində zamanla bu bakteriyaların sabunların üzərində yuva qurduğu müəyyən edildi. Yəni siz əllərinizi yuyarkən bakteriyalardan qurtulmağı düşündüyünüz halda onların sayını daha da artırmış olursunuz. Üstəlik sağlamlığınızı da təhlükəyə atırsınız.
Xüsusilə xalqa açıq yerlərdə istifadə edilən sabunlar daha çox təhlükə saçır. Mütəxəssislər xalqa açıq yerdə istifadə olunan sabunların normal sabunlarla müqayisədə daha çirkli olduğunu deyirlər. Bu səbəblə mütəxəssislərin tövsiyəsi mümkün qədər bərk sabunlardan istifadə etməməkdir. İstifadə etmək məcburiyyətində qalsanız, sabunu əvvəl ən az 20-30 saniyə su altında tutmalı, daha sonra əllərinizi yumağa başlamalısınız.
Ən gözəli isə maye sabunlardan istifadə etməkdir.