Virzual mediada davamlı olaraq reklam edilən, marketlərdən bəyənərək satın aldığınız bir-birindən xoş qoxulu yumşaldıcılar bu qədər gözəl iy verməsi üçün tərkibinə qatılan kimyəvi maddələrin, həm sizin, həm də canınızdan çox dəyər verdiyiniz uşaqlarınızın sağlamlığı üçün nə cür zərərli olduğunu bilirsinizmi?
Hər evdə istifadə olunan bu yumuşadıcılardakı kimyəvi birləşmələrin allergik reaksiyalara səbəb olduğunu və təhlükə saçdığını unutmamaq lazımdır. Bu yumuşadıcılarda olan zərərli kimyəvi maddələr geyimlərimizidən dərimizə keçir və ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Kiçik uşaqlarınızın paltarlarını yuyarkən bu cür yumşaldıcılardan istifadə etməkdən uzaq durmalısınız. Xoş və gözəl qoxu əldə etmək üçün istifadə olan bu yumuşaldıcılar edilən araşdırma və testlər nəticəsində canlılar üzərində hormonal tarazlıq pozulmasına səbəb olduğu sübut etmişdir. Bütün bu zərərlərindən ötəri öz təbii yumuşaldıcınızı evdə hazırlamaq, həm məntiqli həm də doğru olacaqdır. Bəs evdə yumşaldıcını necə düzəldək?
Tərkibi:
Alma sirkəsi: 800 ml
Aromalı yağ: 20 damla (portağal yağı çox xoş bir qoxu verir.)
Soda: 100 qr
İsti su: 15-200 ml
Hazırlanması:
3-5 litr həcmli plastik bir qaba alma sirkəsini, soda və suyu əlavə edin. Bunların bir-birləri ilə kimyəvi bir reaksiyaya girməməsinə diqqət edin. Hər yerində hava qabarcıqları olacağından diqqətli hərəkət etməlisiniz. Hava qabarcıqları söndüyündə mayenin səviyyəsi də düşəcək. Bu mayeni şüşə bir qaba tökün və içinə aromalı yağdan 20 damla qədər damladın. Sonra bunu şüşə bir qaba töküb saxlayın. Şüşə qabdakı bu qarışıq artıq sizin təbii yumşaldıcınız olacaqdır. İistifadə etməzdən əvvəl yenidən yaxşıca çalxalamalı, hər yumada 4 yemək qaşığı qədər istifadə etməlisiniz.