Qadin.NET / Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

 Südün daşmasının qarşısını necə almaq olar?

Südün daşmaması üçün gözləmək həm darıxdırıcıdır, həm də sizi işinizdən qoyur. Bunun üçün qaynatdığınız qazana südü tökməzdən əvvəl kərə yağı sürtməniz kifayət edəcək. Mütləq gələn dəfə südü qaynadarkən bu üsuldan istifadə edin.

Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

Dəstə-dəstə satılan təzə göyərtiləri uzun müddət xarab olmadan saxlamaq üçün praktik bir üsulla tanış olun.

Bazardan və ya marketdən aldığınız nanə və ya reyhan kimi göyərtilər bir müddət sonra təzəliyini itirir və çürüyür. Bunun üçün göyərtilərin saplarını təmizləyin. Buz qəliblərinə kiçik parçalar halında yerləşdirin. Üzərinə zeytun yağı töküb buzluğa atın. İstifadə etməzdən əvvəl qazana qoyub yüngül istilikdə əridin, ətirli göyərtili zeytunyağını istədiyiniz kimi istifadə edə bilərsiniz. Salatlara və yeməklərə idealdır.

Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

Bananın daha çox qalması üçün nə etmək lazımdı?

Rəngini və dadını xoşladığımız bananı daha uzun müddət ilk günkü kimi saxlaya bilərsiniz!

Banan tez yetişən və dadını dəyişən bir meyvədir. Hələ yetişməmiş yığılan bananların rəngi zamanla yaşıldan sarı rəngə dönür. Evə alıb gətirdiyinizdə isə otaq temperaturunda saxlamağınız lazımdır. Ancaq yenə də uzun qalmır və qəhvəyi rəngə dönür.

 1- Dilimlənmiş bananı daha uzun müddət qaralmadan saxlamaq üçün dilimlərə limon suyu sıxmaq olar.

2 -Bütün bananı saxlayarkən saplaq hissəsini sallofanla bükməyiniz kifayətdir.

Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

Yumurta qabığını soymağın incə məqamları

Yumurta qaynadarkən qarşımıza iki problem çıxır. Birincisi yumurtaların bişərkən çatlaması və içlərinin çıxmasıdır. Yumurtanı soyuq suya qoyub vam xodda bişirsəniz bu cür probleminiz olmaz.

Digər bir problem də yumurtanın qabıqlarının çətin soyulmasıdır. Qaynatdığınız suya bir çay qaşığı soda əlavə etsəniz qabıqların daha asan soyulduğunu görəcəksiniz. 

Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)

Yemək qoxusu necə yox edilər?

Yemek qoxusundan ehtiyat edənlərin köməyinə cəfəri yetişir. Yeməyi ocaqdan götürməzdən bir neçə dəqiqə əvvəl cəfəri əlavə etmək, başda qızartma olmaq üzrə evə yayılan yemək qoxularının aradan qalxmasını təmin edir.

Bişən tərəvəzlər rəngini dəyişirmi?
Yaşıl tərəvəzləri bişirərkən rəngini itirməsini istəmirsinizsə, bişirmə zamanı bir cimdik şəkər əlavə edin. Bundan əlavə bişirməzdən əvvəl  soyuq suda saxlasanız da yenə rəngini qorumalarını təmin edə bilərsiniz. Badımcan bişirərkən isə bənövşəyi rəngi itirməməsi üçün gözlətdiyiniz suya bir qaşıq süd əlavə edin.
Həyatımızı asanlaşdıracaq kiçik məsləhətlər (2)
26 may 2015
GO BACK