Qadin.NET / Mətbəx gigiyenası

Mətbəx gigiyenası

Sağlam bir həyat sağlam mətbəxdən keçir. Yemək hazırlayarkən təmiz bir mətbəx önlüyü geyinin. Masanızı sildiyiniz bez, ya da süngərin təmiz olmasına diqqət yetirin. Yemək hazırlayarkən saçınızın düşməsinin qarşısını almaq üçün; başınızı bağlayın, yığın və ya bir bant vurun. Yemək hazırlamağa başlamazdan əvvəl əllərinizi yuyun. Dırnaqlarınız ya qısa kəsilmiş olmalıdır, ya da fırçayla təmizlənmiş olmalıdır. Ayaqyolundan çıxarkən əllərinizi mütləq sabunla və hətta dezinfeksiya edən sabunla yuyun. Evdə hər kəsin öz dəsmalı olmasını təmin edin. Bütün tez xarab ola bilən qidaları soyuducuda saxlayın. Bişmiş yeməklər, çiy ət, toyuq, balıq, məzələr və qatıq tez xarab qidalar arasında yer alır. Mümkünsə çiy ət və bişmiş yemək üçün istifadə olunan bıçaq fərqli olsun. Çiy ət, toyuq, balıq, ya da tərəvəz doğradıqdan sonra kəsmə taxtasını mütləq dərmanlı suyla yuyun. İstifadədən əvvəl bütün meyvə və tərəvəzləri yuyun.

Mətbəx gigiyenası
Soyuducuya qoyduğunuz qidaları ya bağlı qablarda saxlayın, ya da alüminium və ya şəffaf folqa ilə bağlayın. Xüsusilə çiy ət və torpaqlı tərəvəzlərin digər qidalara dəyməsinin qarşısını alın. Dondurulmuş qidaları, açmaq üçün ya bir gün əvvəldən çıxarın, aşağı gözdə qoyun və ya bu iş üçün hazırlanmış sobalardan istifadə edin. Qətiliklə ev mühiti temperaturunda saxlayaraq əritməyin.
Yemək hazırlayarkən yumurta, balıq, çiy ət ya da qumlu qidalara əl vurduzsa, yeni bir işə keçmədən əvvəl mütləq əllərinizi sabunla yuyun. Hər istifadədən sonra çəngəl, bıçaqlarınızı, qab və qazanlarınızı yuyun. Mətbəx pəncərəsinə, ya da soyuması üçün balkonda birbaşa yerə hər hansı bir qidanı ağzı açıq olaraq qoymayın. Bişirdiyiniz yeməkləri, 2-3 saatdan çox ev mühiti temperaturunda saxlamayın. Soyuducuya qoymadan əvvəl, isti yeməkləri tez soyuması üçün kiçik qablara tökə bilərsiniz, qazanın qapağını yarı açıq buraxa bilər və ya soyuq su, ya da buzlu su dolu geniş bir qabın içinə qoya bilərsiniz. Ərzaq alarkən, rəfdə olan tarixə və son istifadə tarixinə diqqət yetirin; ancaq unutmayın, rəfdə olan tarixlər ümumiyyətlə məhsulun qabı açılmadan və göstərilən temperaturda saxlanması şərti ilə tətbiq edilir. Bu səbəbdən ağzını açdığınız məhsulları ən qısa zamanda istifadə edin. Yeməyin üstünə asqırmayın,öskürməyin. Burnunuzu sildikdən sonra, əlinizi sabunla yumadan əvvəl qidaya əl vurmayın.
Mətbəx gigiyenası
Mayonezli və souslu salatları, məzələri, xidmətdən dərhal əvvəl hazırlayın; bu tip yeməkləri uzun müddət otaq mühiti ya da soyuducuda saxlamayın. İstifadə etdiiyiniz qızartma yağını, hər 3-4 istifadədən sonra dəyişdirin; ət, balıq, ya da yumurta sosuna batırdığınız şeyləri qızartdığınız vaxt isə hər istifadə sonrası dəyişdirin. Yemək hazırlayarkən siqaret çəkməyin. Bişirilərək hazırlanan yeməklərdə, yemək istiliyinin və prosesinin mikrob öldürməyə kifayət olmasına diqqət yetirin; az bişmiş ya da çiy yeyilən ət və dəniz məhsullarının başlanğıcda ehtiva etdikləri mikrobu bişirərkən tam olaraq öldürməsəniz, bu mikrobları siz və ya qonaqlarınız yeyəcək unutmayın.
Mətbəxə ağcaqanad və s. həşaratların girməsini qarşısını alın: Ya qapaqlı qazanınızı həmişə bağlı saxlayın. Paslanmış çəngəl, qaşıq və bıçaq; qırıq və ya çatlaq qab və şüşə fincanları qətiliklə istifadə etməyin. Mətbəx qabyuyanı tez-tez paltar suyu ilə dezinfeksiya edin. Kran və açma bağlama qollarını tez-tez təmizləyin. Zibil vedrənizin içini və xaricini ən az həftədə bir dəfə təmizləyin. Mətbəxdən uzun müddət ayrılarkən, yanan bütün odlarınızın, sobanızın sönük olduğundan əmin olun. Yuxarıdakı sadalananlarla əlaqədar olaraq uşaqlarınızı da hazırlayın.
Mətbəx gigiyenası
14 may 2015
GO BACK