Qadin.NET / İştah açan bitkilər hansılardır?

İştah açan bitkilər hansılardır?

Məqalədə yemək yemə arzusunu artıran, iştahınızı artıran yeməklərə yer verilib. İştahsızlıq bədəndə immunitet sisteminin zəifləyib tez xəstələnməsinə səbəb olur.

Limon

Limon həzm sistemi üçün olduqca faydalı bir meyvədir. Bədəndən toksinləri təmizləyərək iştahı açır. Bir stəkan suya bir az limon sıxıb səhərlər için.

İştah açan bitkilər hansılardır?

Zəncəfil

Zəncəfil həzm problemlərinə və mədə bulantısına şəfa olduğu kimi iştah artırmaqda da təsirli bitkilər sırasındadır. Zəncəfili çay kimi dəmləyib istifadə edə bilərsiniz.

Xurma

Xurma da iştah açıcı, kalorisi yüksək olan qidalardandı.

İştah açan bitkilər hansılardır?

Darçın

Darçın yemək arzunuzu artıran ədviyyatlardandır. Şirniyyatlara sərpib, balla qarışdırıb yeyə bilərsiniz.

İştah açan bitkilər hansılardır?

Üzüm

Üzüm  turşməzə dadıyla iştahınızı aça bilər. Yemək vaxtları arasında üzümlə qidalanaraq iştahınızı artıra bilərsiniz.

İştah açan bitkilər hansılardır?

Karambol toxumu

Bu bitki mədə qazının xaric olmasına, həzmə kömək edir, iştahı gücləndirir.

İştah açan bitkilər hansılardır?

Cəfəri

Şirə çəkənlə cəfərinin suyunu çıxarın. İştah problemi olanlara gündə 1-2 yemək qaşığı verin.

İştah açan bitkilər hansılardır?

Əncir 

Əncir həm çəki artımına, həm də iştahın artmasına kömək olur. Meyvəsini və ya qurudulmuşunu yeyə bilərsiniz.

İştah açan bitkilər hansılardır?
11 may 2015
GO BACK