Qadin.NET / Eviniz üçün 10 praktiki məsləhət

Eviniz üçün 10 praktiki məsləhət

 

Eviniz üçün 10 praktiki məsləhət

 

Evdə iş görərkən, ya da əşyaları təmizləyərkən, o da olmadıqda yemək hazırlayərkən həmişə düşünürük. Bunun daha asan bir yolu yox idimi? Həmişə çox səy göstərərək evimizi yığcam tutmağa çalışırıq. Davamlı bir nizam təmin etmək asan deyil. Çox vaxt yoruluruq. Lakin sizinlə paylaşacağım bu 10 praktiki təklif sayəsində artıq işlərinizi daha sürətli və daha az yorularaq edəcəksiniz.

1. Ütünüzün altını duz və sirkəylə silin. Beləcə ləkələnməz və ütünüz paltara yapışmaz.

2. Alüminium qablarınızı su və bol sirkə qoyaraq qaynatsanız, par-par parlayacaq. 

3. Mətbəxdə istifadə edilən taxta qaşıqlar tez köhnəlirlər. Bu köhnəlməyin qarşısını almaq üçün taxta qaşıqları istifadə etməzdən  əvvəl isladın.

 

Eviniz üçün 10 praktiki məsləhət

 

 

4. Fincanlarda qalan qəhvə və çay ləkələri hər zaman çox çətin çıxar. Bəzən də tam olaraq çıxmaz. Diş pastası ilə fincanlarınızı silsəniz ləkələrin çıxdığını görəcəksiniz.

5. Qəhvə ləkəsi geyimlərdən və divandan təmizləmək hər zaman çətindir. Amma qliserinli bezlə qəhvə ləkəsini silsəniz, ləkənin yox olduğunu görəcəksiniz.

6. Çaydanlar bir müddət sonra parlaqlığını və canlılığını itirir. Bu problemi artıq həll edə bilərsiniz. Yarım stəkan sirkənin içinə bir cimdik duz atıb süngerlə çaydanınızı ovun və işıltını seyr edin.

 

Eviniz üçün 10 praktiki məsləhət

 

 

7. Sobadakı ləkələri çıxarmaq qadınlar üçün çox çətindir. Amma sobanı ponza daşıyla sürtsəniz ləkələrin tez çıxdığını görəcəksiniz.

8. Mətbəxdəki taxta şkaflar zamanla təzəliyini itirər və çətin açılıb çətin bağlanar. Siyirtmələrin asan açılıb bağlanması üçün talk pudrası, ya da şam sürtün. Fərqi görəcəksiniz.

9. Qızıl, ya da polad ev əşyalarınızı qliserinli suyla silsəniz, köhnə parlaqlığına qovuşacaq.

10. Ağ tül pərdələriniz qaraldısa, həlli çox sadədir. Yuyarkən, suyunun içinə 2 yemək qaşığı toz şəkər atın. Tərtəmiz olacaq.

22 mart 2016
GO BACK