Ramazan ayının gəlişiylə birlikdə oruc tutanların qidalanma rejimində dəyişikliklər olur. Bu ayda gündə 3 ana pay olan qidalanma nizamı gündə 2 ana paya düşür. Halbuki, Ramazan ayında bədənin ehtiyacları dəyişmir. İmmunitetin zəifləməməsi və sağlamlığın pozulmaması üçün Ramazan ayında sağlam qidalanmaq əhəmiyyətlidir. Memorial Xidmət səstəxanası qidalanma və dietoloq şöbəsindən Aysu Aydın Ramazan ayında sağlam qidalanma haqqında məlumat verdi.
Sahurda qida dəyəri yüksək qidalar seçilməlidir.
Ramazan ayında sahur günün ilk payıdır və əhəmiyyəti yüksəkdir. Gecə yatmazdan əvvəl yemək yemək və ya gecə qalxıb yalnız su içib yatmaq təhlükəlidir. Çünki bu tip qidalanma təxminən 15 saat olan aclığı, orta hesabla 18-20 saata qaldırır. Bu vəziyyətdə əzələ məhv olaraq maddələr mübadiləsi yavaşlayır. Əlamətlərdə isə gündəlik hərəkətlərdə yavaşlama, yuxu istəyi, baş ağrısı, halsızlıq görünür.
Qan şəkərini sürətlə yüksəldən qidalar əvəzinə lif miqdarı çox olan qidalar seçin.
Bədənin təməl ehtiyaclarını biri də mayedir. Oruc tutan kəslərdə gündəlik maye ehtiyacı gün ərzində ödənilmir. Buna görə də gün ərzində halsızlıq, əzələ spazmı, dəridə quruma, həzm sistemində çətinlik kimi problemlər yarana bilər. Belə halların qarşısını almaq üçün qida seçiminə diqqət etmək lazımdır. Sahur və iftarda lazımi qədər su içməli və su tərkibli qidalara da yönəlmək lazımdır.
İftar ilə sahur arasındakı maye ehtiyacınızı ödəyin.
Uzun sürən bir aclıq dövrünün (15-16 saat) ardınca tək payda və daha hərəkətsiz olunan saatlarda yüksək miqdarda qida istehlak edilir. Bu vəziyyət həzm və maddələr mübadiləsinin pozulmasına, xərclənən gündəlik enerjinin azalmasına gətirib çıxara bilər. Sürətli yemək yemək və qidaları yaxşı çeynəmədən yemək yenə bu dövrdə ən çox qarşılaşılan problemlər olan qaz, köp və həzmsizliyə səbəb olur. Buna görə də iftar saatından sahurun bitməsinə qədər ən az 12-14 stəkan maye qəbul edilməsi şərtdir. Sahurda 3-4 ədəd təzə ərik istehlak edilməsində isə fayda vardır.
İftarda diqqət edilməsi lazım olanlar.
Kiçik bir başlanğıcla iftarımızı açmalı (əvvəlcə 2 stəkan su, sonra 2 xurma). İlıq bir şorba iftar süfrələrinin əvəzedilməzi olaraq qəbul edilməlidir (1 kasa şorba içildikdən 5 dəqiqə sonra ana yeməyə keçilməli). Ana yemək qızartma və ya qaynadılmış ət, toyuq və ya balıq yeməkləri olmalıdır. Ana yeməyin yanında mütləq 1 kasa qatıq və ya 1 stəkan ayran olmalıdır. Yeməyin yanında 1 və ya 2 dilim qara çörək olmalıdır. Çiy tərəvəzlərdən bol-bol yeyilməlidir. Yağlı və işlənmiş (yarım fabrikat)yeməklərdən uzaq dayanmalı. Çay və qəhvə susuzluq yaradacağı üçün çox içməməli. Şərbətli şirniyyat yerinə südlü şirnilərə üstünlük verilməli və ancaq həftədə 1-2 dəfə olmalıdır.