Hər bir parça üçün özünə məxsus ütü qaydası var.Aşağıdakı parçaların ütülənmə qaydasını təqdim edirəm...
Məxmərlər:Ütü masasına qalın bir dəsmal sərin.Paltarı çevirib astar tərəfindən ütüləyin.Ütüləməkdə çətinlik çəkdiyiniz yerlər üçün isə buxardan istifadə edin.
Pambıq parçalar:Parçanı üz tərəfindən buxarlı və ya adi ütü ilə ütüləyin.Ancaq tünd rəngli pambıq paltarlarda parıltı olmasın deyə astar tərəfindən ütüləyin.
Naxışlı və ya krujevalı parçalar:Parçanı dəsmalın üzərinə sərin.ütüləyərkən buxardan istifadə edin və ütünün üstündən çox basmayın.
Toxunma parçalar:Toxunma paltarların ütülənməsində əsas məsələ onları ütüləyərkən çox dartmamaq və toxunma istiqamətində ütüləməkdir.Bundan başqa,toxunma parçaları ütünü parçanın üzərində hərəkət etdirmədən götürüb qoymaqla da ütüləyə bilərsiniz.
Tərkibində metal olan parçalar:Ütünü qızdırmayın.Bunun əvəzinə bir parça sərərək soyuq ütü ilə üstündən basın.
Poliester parçalar:Poliester parçalar təbii olmadıqları üçün daha aşağı temperaturlarda ütüləmək lazımdır.Əks halda parçalar əriyə bilər.Bunun üçün paltarın etiketini yaxşıca oxuyun və təklif edilən temperaturda ütüləyin.
Yaxşı ütü üçün məsləhətlər...
1.Paltarlarınızı açıq pəncərə qarşısında işıqlı və ya havalı bir yerdə ütüləyin.
2.Ütüləməzdən əvvəl ütüləyəcəyiniz paltarı silkələyərək açın.
3.Əgər paltarınızı buxarsız ütü ilə ütüləyəcəksinizsə,onları temperaturlarına görə ayırın və əvvəlcə aşağı temperaturda ütüləyəcəyiniz paltarlardan başlayın.
4.Paltarları maşından çıxardıqdan sonra qatlayın.
5.Paltarların qollarında iz qalmasın deyə ütü qolundan istifadə edin.
6.Paltarı hansı temperaturda ütüləyəcəyinizi bilmirsinizsə,işə paltarın bir küncündən başlayın.
7.Çox dərin qırışlar üçün buxardan istifadə edin.
8.Daha yaxşı nəticə almaq üçün yeni ütülənmiş paltarları bir neçə saat saxlayın.