1)Lak çəkmələri saxlayarkən içinə qəlib və ya burnuna yumşaq əski qoyun. Ayaqqabının üstü çızılmasın deyə onu köhnə çorabların içində saxlayın.
2)Zamşa ayqqabıları tam quruyandan sonra xüsusi şotka ilə təmizləyin. Ləkələri məktəb pozanı və ya simbata kağızı ilə sürtün. Qardan ,yağışdan əmələ gəlmiş ağ ıəkələri təmizləmək mümkün deyil .Zamşa ayaqqabını buxara tutanda onun xovu qalxacaq və təzələnəcəkdir.
3)Çox çirk olmuş zamşa ayaqqabını ilıq su və hər hansı paltar yuyan tozla yumaq olar. Ayaqqabını əski ilə az suda yuyun ,sonra quru əski ilə silin. Ayaqqabını qurumağa qoyanda içini yumaq əski və ya kağızla doldurmağı unutmayın
4) Yağış altında çox gəzmişsinizsə və ayaqqabınız islanmışsa ,onu kağız ilə doldurun və isti ocaqdan kənarda qurudun .Ayaqqabının altı istiyə toxunduqda qırışar və öz formasını itirər

5)Dəri ayaqqabılar kobudlaşmasın deyə ,onlara quruyan kimi vazelin sürtün,bir neçə saatdan sonra isə adi qaydada təmizləyin .Əgər üzərində ağ ləkələr əmələ gəlmişsə ,onları süfrə sirkəsi ilə təmizləyin.
6)Rezin uzunboğaz çəkmələri və botıları ilıq su ilə yuyub quruladıqdan sonra qliserinə batırılmış əski ilə sildikdə öz parıltısını uzun müddət saxlayacaq.
7)Plastikdən düzəldilmiş rəngli uzunboğaz çəkmələri vazelin ilə sürtdükdə parıldayır.
8)Təzə ayaqqabını ilk dəfə yağışlı gündə geyinməyin ,quru havada geyinin bele olduqda ayaqqabının altındakı məsamələri toz tutar və su buraxmaz . Yeri gəlmişkən ,əgər ayaqqabının su buraxmasını istəmirsinizsə ,onu tez – tez kremlə silin .
9) Yaş ayaqqabı kif bağlamışsa benzinlə silin.
10)Əriyən qar ayaqqabını korlayır .Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkin və bir azdan sonra təmizləyin.
11)Ayaqqabı çırıldamasın deyə ayaqqabının altına kətan ya da günəbaxan yağı çəkin və qurudun
12)Ayaqqabını vaxtaşırı güünə vermək və qurutmaq lazımdır.
