Qadin.NET / Vanna otağı təmizliyi qaydaları

Vanna otağı təmizliyi qaydaları

 

Vanna otağı təmizliyi qaydaları

 

Evdəki ən çətin təmizlik görülən yer şübhəsiz ki, hamamdı. Xüsusilə su və əhəng ləkələri və hətta bəzi hallarda kif ləkələri insanı rahatsız edirlər. İstifadə edəcəyiniz uyğun məhsullarla bu təmizliyi asanlıqla həll etmək mümkündü. İlk növbədə diqqət etməyiniz lazım olan vacib məqamlara nəzər salaq.

Hamam təmizliyi zamanı müxtəlif yerlər üçün fərqli təmizləyicilər istifadə etməyiniz lazımdır. Bu təmizləyicilərin bir-birinə qarışmamasına diqqət göstərin. Məzmununu bilmədiyiniz məhsullar bir araya gələndə zəhərli qazlar əmələ gəlir və hamam kimi çox yaxşı havalanmayan bir yerdə bu vəziyyət ciddi təhlükələr yarada bilər.

Hamam təmizliyinə əvvəlcə duşakabin və ya vannadan başlamalısınız. Duşakabininiz varsa, şüşələrini silərək işə başlaya bilərsiniz. Duşakabin şüşələri xüsusilə su və əhəng ləkələrindən bir az çətin  təmizlənən yerdir. Duşakabin təmizliyini biri hamamdan çıxandan dərhal sonra etsəniz, çirklər buxarın təsiri ilə yumşalacağı üçün işiniz asanlaşacaq. Yaş duşakabin şüşələrinə vanna üçün xüsusi istehsal edilmiş əhəngə qarşı vasitə lakı sürtdükdən sonra 5 dəqiqə gözləyin. Sonra duşakabinin sərt hissəsinə çox da basmadan hər yerini ovxalayın. Duş başlığı ilə suyu sıxıb bir tərəfdən də hamamın yumşaq səthi sürtməyə davam edin. Beləliklə, bütün qalıqlar axıb gedəcəkdir (divarlarıda eyni şəkildə təmizləyə bilərsiniz).

 

Vanna otağı təmizliyi qaydaları

 

 

Duşakabin, vanna və duş təmizliyi necə edilir?

Vanna və duş ləyəni üçün paltar suyu ən zəhmətsiz yoludur. Paltar suyunu bir neçə yerə töküb şotka ilə təmizləyin və bol su ilə yaxalayın. Duş başlığı, duş borusu və bənzər səthlərdə də paltar suyu istifadə edə bilərsiniz. Duş borusunun ətrafındakı əhəng ləkələri üçün də yenə əhəng sökücü sprey çox işinizə yarayacaq.

Əgər duşakabin və ya duş vanasının kənarlarında təmizləyicilərlə çıxmayan kif ləkələri varsa, yarım su stəkanı limon duzunu 2 su stəkanı suyun içində əridib xarab bölgələri bu qarışığa batırıb bir pambıqla silin. Əgər böyük bir ailəlisinizsə, hamam təmizliyini həftədə bir dəfə mütləq edin. Gec-gec istifadə edilən hamamlar daha tez çirklənir və dərhal təmizlənməyən kirlər yığılaraq gələcəkdə işinizi daha da çətinləşdirə bilər.

24 fevral 2016
GO BACK