Ad günlərində, müxtəlif şənliklərdə, bəzi dinlərin mərasimlərində və ətir terapiyasında da istifadə edilən rəngli və qoxulu şamlar, gördüyümüz kimi şamlar həyatımızın bir çox anında bizə lazım olur. Amma təəssüf ki, heç xoş görünməyən şam damcıları bəzən kefimizi korlaya bilir.
Şam məsələsində çox narahat olmağa ehtiyac yoxdur. Çümki am ləkələrini asan bir şəkildə təmizləmək mümkündür. Şam ləkəsini çıxararkən bunlara diqqət etmək lazımdır.
Yeni yaranmış və hələ isti vəziyyətdə olan şam damcılarına müdaxilə etmək şamın çıxarılması bir yana daha da yayılmasına səbəb ola bilər. Buna görə də bir çox ləkə üçün erkən müdaxilə etmək lazım deyil. Şam ləkəsini bir az gözləmək lazımdır.
Əmin olmadığınız parçadan şam ləkəsini çıxarmaq üçün müdaxilə etməyin və bir təmizləmə peşəkarlarına müraciət edin.
Geyimdən, parçadan, örtüklərdən, salfetdən şam ləkəsi necə çıxır? Edilməsi lazım olan ilk iş ləkənin üzərinə bir buz və ya buz olan torba qoymaqdır. Bu şamı bərkidəcək.
Şamın ala biləcək qədər hissəsini yavaşca qaşıyaraq çıxarmaq üçün plastik bir kart və ya incə bir yağ bıçağı istifadə edin. Əsla ağzı diş-diş olan normal bir bıçaq istifadə etməyin. Parçaya zərər verə bilərsiniz. Şamın parçalardan mümkün olduğu qədər çox hissəsini diqqətlə çıxardıqdan sonra ütü və qalın salfet götürün. Salfeti şam ləkəsi olan parçanın altına qoyun və parçanın növünə uyğun olaraq ütünü qızdırın. Şam ləkəsi olan tərəfin üzərinə də ikinci bir salfet qoyun. Şam salfetə keçəcək qədər azca ütüləyin. Şam ləkəsi çıxana qədər prosesi yeni bir salfet ilə təkrarlayın.