Əgər sən bürclərə inanırsansa, onda 2015-ci yeni ilə hədiyyə seçərkən münəccimlərin məsləhətlərinə mütləq qulaq as. Bir hədiyyələr siyahısı var ki, onları heç vaxt hədiyyə etmək olmaz:
Kəskin (iti) əşyalar: bıçaqlar, çəngəllər, qılınclar və başqaları–davalara işarədir.
Burun dəsmalları: hətta çox gözəl olsalar belə-göz yaşlarına işarədirlər.
Saat: qol və ya divar saatı–ayrılığa işarədir.
Mirvari: əgər subay qıza hədiyyə ediləcəksə–yalqızlığa işarədir.
Əlbəttə, skeptiklər "qara siyahıdakı" uğursuzluq gətirən hədiyyələrə inanmırlar. Amma əgər sən belələrinə aid deyilsənsə və həmişə sevinclə ulduzların məsləhətlərinə qulaq asırsansa, onda bil ki, 2015-ci ildə bunları hədiyyə etmək qəti surətdə olmaz.
Yeni qoyun ilində nələri hədiyyə etmək olmazların siyahısı:
Süni şeylər
İlin sahibəsi, qoyun (keçi) süni parçalardan hazırlanan hədiyyələrə qarşıdır. Əgər geyim və ya bəzək əşyaları hədiyyə edirsinizsə, onda hədiyyənin keyfiyyəti haqqında düşünün. 2015-ci ildə təbiilik çox qiymətləndiriləcək.
2015-ci ildə hədiyyə edilmiş sintetik bəzək-düzəklər dedi-qodu yaradacaq ("Bunu kim hədiyyə etdi", "Onu kim alıb" kimi).
Yeni ilə çox gözəl yeni il hədiyyəsi təbii hazırlanmış gözəl bir sabun ola bilər (öz əllərinizlə hazırladığınız).
Uca səsli hədiyyələr
Qoyun yaxşı heyvandır, amma, əfsuslar olsun ki, qorxaqdır. Bu ildə səs-küy olan hədiyyələri hədiyyə etmək olmaz (onlara aiddir: radio, televizor, musiqi mərkəzi). Belə şeyləri 2015-ci il hədiyyələri siyahısından çıxarmaq lazımdır.
Qoyun rahatlığı, istiliyi və sakitliyi sevir. Sən yaxınlarına yeni il peçenyesi və ya konfet buketi hədiyyə edə bilərsən.
Odla əlaqəli hədiyyələr
Qoyunun qəşəng qısa kürkü atəşdən qorxur. Bundan başqa ağac gələcək ilin təbii hadisəsidir. O da həmçinin, atəşdən qorxur. Yeni 2015-ci ildə şam, şamdan, fişəng və bu kimi digər alışmaya meylli olan şeylər hədiyyə etmək olmaz.
Münəccimlər iddia edirlər ki, belə hədiyyələr evə, acı məyusluqlar və təlaşlı davalar gətirəcək. 2015-ci ildə yalnız sülhsevər şeylər hədiyyə etmək lazımdır.
Şəkilli bloknotlar
Xüsusilə Ukrayna rəssamı Alevtina Kaxidzenin müəllifi olduğu şəkillərlə bəzədilmiş ən əyləncəli bloknot. O, böyük uşaqlar üçün xüsusi olaraq hazırlanıb, hansılar ki, böyüblər, amma hələ də zövqlü uşaqlıqlarını xatırlayırlar. Coşqun illustrasiyalar, keyfiyyətli poliqrafiya yazılar üçün mükəmməl bloknotdur, həmçinin, yeni ilə çox gözəl hədiyyə ola bilər.
Bayraq
Əsl vətənpərvərlər üçün yeni il hədiyyəsi ola bilər. 2014-cü il Azərbaycan üçün kifayət qədər çətin keçdi, əgər sənin dostun əsgər və ya komandirdisə, Vətən üçün xüsusilə narahat olursa, belə gözəl hədiyyə ona sürpriz olacaq.
Əyləncəli corablar
Yeni ilə gülməli hədiyyədir, niyə də yox? Corablar kiçik heykəlciklərin qlamurluğundan daha yaxşıdır.
Çəhrayı oyuncaqlar
Sevgiliniz üçün və ya sevgini etiraf etmək istədiyin insan üçün çəhrayı yumşaq oyuncaqlar sevimli yeni il hədiyyəsi ola bilər.