Qadin.NET / Yararlı məsləhətlər (4)

Yararlı məsləhətlər (4)

Yararlı məsləhətlər (4)
1. Gül buketlərinizi qoyduğunuz suya bir miqdar araq töksəniz, onları daha uzun müddət canlı və təravətli saxlaya bilərsiniz. 
2. İstifadə etməzdən əvvəl şamlarınızı 24 saat soyuducuda saxlasanız, daha çox yanar. 
3. Holland pendiri doğrayarkən əsla əlinizlə toxunmayın. Çünki əlinizdəki mikroblar pendirə keçir və daha tez kiflənməsini təmin edir. Pendiri paketindən tutaraq doğraya bilərsiniz. 
Yararlı məsləhətlər (4)
4. Salata vuracağınız kahının üzərinə bir ədəd dəsmal kağız qoysanız, kahı bir həftəyə qədər təzə qalacaq.
5. Bananları uzun müddət saxlamaq istəyirsinizsə, onları bir-birindən ayırın. 
6. Geyimlərinizin rəngini paltaryuyan maşının içinə bir miqdar duz atmaqla qoruya bilərsiniz. 
Yararlı məsləhətlər (4)
7. Pendirin kəsdiyiniz ucunun qurumağını istəmirsinizsə, kəsdiyiniz yerə az miqdarda kərə yağı (marqarin də ola bilər) sürtün. 
8. Çörəklərinizin daha uzun müddət təzə qalmasını istəyirsinizsə, bir az təmiz və təzə kərəviz saplağıyla birlikdə saxlayın.
Yararlı məsləhətlər (4)
9. Dırnaqlarınıza lak çəkməzdən əvvəl çox az bir miqdar sirkə çəkin. Beləcə dırnaqlarınız soyulmayacaq. 
10. Marqarinlərinizi əridib eyni ölçüdə suyla yenidən dondursanız, daha az kalorili, iki qat artıq yağ əldə etmiş olarsınız. 
11. Əgər paltarınıza saqqız yapışıbsa, dərd etməyin. Paltarınızı bir saat buzluqda saxlayıb çıxardın və təmizləyin. Saqqızdan əsər-əlamət qalmayacaq. good
9 noyabr 2014
GO BACK