Qadin.NET / Yararlı məsləhətlər (3)

Yararlı məsləhətlər (3)

Yararlı məsləhətlər (3)
Hamburger küftəsi
Hamburger küftəsi hazırlayarkən onların şişməsini və çörək arasında düzgün görünmələrini istəyirsinizsə, bişirməzdən əvvəl ortalarına barmağınızla basmağınız kifayət edər.
Çiyələk təmizləyən
Çiyələkləri saplarından ayırmaq çətindir? O zaman bir pipet vasitəsilə bunu asanlaşdıra bilərsiniz. 
Yararlı məsləhətlər (3)
Bananlarınız təzə qalsın.
Mağazadan aldığınız bananlar tez qaralır? Kefinizi pozmayın. Əgər bananlarınızın saplarını skoçlasanız, onları daha uzun müddət saxlaya bilərsiniz. 
Alma dilimləri
Alma yemək istəyirsiniz, amma çox dilimləmisiniz? Soyuducuyada qoymaq istəmirsiniz ki, qaralacaq. O zaman bir stəkan suya 2 çay qaşığı balı qarışdırıb alma dilimlərinizi bu qarışıqda saxlayın, nəticəyə heyran qalacaqsınız. 
Yumurtalarımızı rahat soyaq.
Qaynatdığınız yumurtaların qabığını daha asan soymaq üçün qaynayan suya 1 qaşıq qabartma tozu atın.
Yararlı məsləhətlər (3)
Bıçaq yerinə diş sapı
Keksləriniz, pendirləriniz və bir çox doğranması çətin olan ərzaqlarınızı diş sapının köməyi ilə rahatca doğraya bilərsiniz. 
Yumurta qabıqları
Yumurtanı qırdığınız kasaya yumurtanın qabıqları tökülübsə, üzülməyin, əlinizi isladıb onları qabdan rahatlıqla çıxara bilərsiniz. 
Kartoflarınız cücərməsin.
Kartoflarınız tez tumurcuqlayır? Onları saxladığınız qaba 1 ədəd alma qoymağınız kifayətdir. Alma kartofların cücərməsini təmin edən qazları yox edir. 
Yararlı məsləhətlər (3)
Bananlı dondurma
Bir neçə bananı dilimləyib buzluqda saxlayın, bir az keçəndən sonra onları oradan çıxardıb blendrdən keçirin. Budur, bananlı dondurmamız hazırdır. nyam
Su içməyi əyləncəli edin.
Su içmək gündəlik yaşamda çox önəmlidir. Uşaqlarınızı su içməyə öyrətmək ya da gələn qonaqlarınıza qeyri-adi bir yenilik etmək istəyirsinizsə, buz qabınızı xırda giləmeyvələrlə doldurub üzərinə su əlavə edib dondurun. Möhtəşəm görünəcək. good
7 noyabr 2014
GO BACK