1.Soğanları qızartmadan əvvəl üzərlərinə bir az un töksəniz qovururkən qaralmazlar
2.Bir otaqdakı siqaret tüstüsünü və qoxusunu yox etmək üçün orda bir şam yandırın.
3.Soğan soymaya başlamadan əvvəl barmaqlarınıza sirkə sürtsəniz soğan qoxusu əllərinizə sinməz
4.Mətbəz əşyalarının üzərindəki etiket izlərini yox etmək üçün onlara mebel yağı sürtüb yumşaq əski ilə silin
5.Kələm bişirərkən,qaynama suyuna bir az duz və iki qaşıq sirkə əlavə edib köpüklənməsini gözləyin,sonra isə kələmi bişirin,bu evə yayılan pis qoxunun qarşısını alır.Digər bir varinatı,kələmin bişmə suyuna bir almanın qabığını qoyun
6.Şüyüdü bir neçə gün saxlamaq üçün təmiz bir dəsmala sarıyın,bu çəkildə neylon torbaya qoyub soyuducuya qaldırın
7.Balıq qoxusu olan tavanı bir limonla ovalayıb yuyun
8.Mətbəxinizdə qızartma yeməyindən sonra hələ də qoxular qalmışsa,bir tavada dəfnə yarpağı,vəya bir az kəklikotu isidin
9.Sarımsaqların daha tez əzilməsini istəyirsinizsə,onlarə istifadə etmədən əvvəl bankaya qoyub soyuducuda tutun
10.Yeni boyanmış otağın qoxusunu yox etmək üçün iki böyük baş soğanı ikiyə bölüb suyun içinə atın və həmin otağa qoyun