Qadin.NET / Mətbəx hiylələri

Mətbəx hiylələri

Mətbəx hiylələri

- Qaynanmış yumurtaları soymadan əvvəl yaxşıca çalxalayın, sonra onu çox rahatlıqla soya bilərsiniz.

- Çalxalamaq sarımsaq soyma işində də köməyinizə çata bilər.

- Bir az qabartma tozu soğanlarınızın iki qat daha tez qızarmasına kömək edər. 

Mətbəx hiylələri

- Stress atmaq və yarpaqları ayrılmamış bütöv kahının sapını çıxarmaq istəyirsinizsə, kahını dəzgaha vurmaq təsirli üsuldur.

- Sürtgəcinizi daha əlverişli istifadə etmək istəyirsinizsə, üzərinə bir az yağ sürtün o zaman fərqi hiss edəcəksiniz.

- Kartofu tez və gözəl dilimləmək üçün alma dilimləyicidən istifadə edin.

- Qaynanmış kartofu soymanın ən asan yolu onları buzlu suyun içinə atıb bir az gözləməkdir. 

Mətbəx hiylələri

- Qarğıdalını olduğu kimi mikrodalğalı sobaya qoyun, qabıqları daha rahat təmizlənəcəkdir. Həm də dənələrini bir bıçaq yardımı ilə rahat şəkildə çıxara bilərsiniz.

- Makaronu bişirmədən bir gün əvvəl ağzı bağlı bir qabın ya da paketin içində saxlayın, ertəsi gün bişməyi iki dəqiqə belə çəkməz.

- Çerri pomidorlarını iki düz boşqabın arasına yerləşdirib bir dəfəyə rahatlıqla kəsə bilərsiniz.

- Kəsmə taxtanızın altına bir nəmli dəsmal sərsəniz, sürüşməsinin qarşısını ala bilərsiniz. 

Mətbəx hiylələri

- Ətləri daha incə və tez kəsmək istəyirsinizsə, donmuş halda kəsməyi məsləhət görürük.

- Asan həll olması üçün donmuş yağı sürtgəcdən keçirib xəmirə qatın.

- Krem hazırlayarkən qarışdırmaq (çalmaq) əvəzində bir bankanın içində çalxalamağı sınayın.

- Limonu 15 saniyə mikrodalğalı sobada saxlasanız, suyu daha çox çıxar.

- Kivini soyarkən uclarını bıçaqla kəsin qalanını qaşıqla soyun.

9 aprel 2016
GO BACK