Qadin.NET / Ev əşyalarına qulluq

Ev əşyalarına qulluq

Ev əşyalarına qulluq
 

*     Əzilmiş və çirklənmiş şalvarı duman və çənli havada zivədən asdıqda o sanki ütülənir və bir çox ləkələri gedir.

*     Əzilmiş qalstuku ütüləmək olmaz ,onu isti su tökülmüş bankaya dolamaq kifayət edir.

*     Soyuducuda xoşagəlməz qoxu əmələ gəlibsə ora bir neçə parça ağac kömürü ya da bir neçə dilim soğan qoyun.

*     Baliq iyi verən qabı soyuq su və duz ilə yuyun ki , iyi getsin.

*     Bərk yanmış qazan və tavalara çoxlu duz və su tökün 5-6 saat saxlayın , sonra yuyun.

*     Çox işləyən emallı qazan qaralıbsa , ağzına qədər su tökülmüş qazana 1 çay qaşığı şəkər tozu töküb qaynadın , sonra isti su ilə yuyun.

*     Pambığa ətir hopdurub balaca torbada şifonerdən asdıqda bütün paltarlar ətir iyi verər.

*     Maşında toxunmuş təzə xalçaları ilk 6 ayda tozsoranla təmizləmək olmaz.

*     Təzə alınmış emallı qazanda ilk dəfə su , təzə alüminyum qazanda isə ilk dəfə süd qaynatmaq olmaz.

*     Saralmış tül pərdələri ağartmaq üçün onları duzlu suda islağa qoyun, sonra yuyub bir neçə saat  “Persol” ağardıcı tozu tökülmüş məhlulda saxlayırlar.

2 mart 2011
GO BACK