Bu alətin zahiri görünüşü və musiqi keyfiyyətlərini korlamamaq üçün ona daim qulluq edilməlidir. Onu otağın daxili divarının yanına qoymaq lazımdır. Həmdə divarla alət arasında ən azı 10 sm yer qalmalıdır. Nəmişlik bu aləti xarab edir ,tellər pas atır, toxmaqcıqlar nəm çəkir və tellərə dəyəndə boğuq səs çıxarır. Sonralar bu nöqsanı aradan qaldırmaq çətin olur. Cilalanmış aləti nəmişlik korlayır. Piano qızdırıcı cihazlardan ,pəncərə və qapılardan da aralı qoyulmalıdır. Yumşaq mebel, ağır pərdə və xalçalar səsi udur. Alətin altına xalça salmaq olmaz. Pianonu güvədən qorumaq üçün onun içərisinə mane olmayan yerdən naftalin torbaları asmaq və ildə iki dəfə onları dəyişmək lazımdır.
Məsələn, pedal cırıldayırsa aşağı qapağı açır yığılmış tozu ehmallıca kənar edir və əllə pedalı basıb onun məhz hansı yerdə cırıldadığını müəyyən edir və həmin yerə vazelin sürtürlər.
Əgər eyni bir dili basanda hər dəfə zəng səsi eşidilirsə deməli pianonun üstündə, ya da yaxınında metal əşya var.
Əgər arxadakı metal top səs verirsə, onda ora bir parça yumşaq əski bərkidirlər.
Pianonun dillərini vaxtaşırı nəm əski ilə silmək və dərhal qurulamaq lazımdır.