Qadin.NET / İncə təmizliklər

İncə təmizliklər

Güzgülərin təmizlənməsi

 

İncə təmizliklər

 

Güzgünü nəmişlikdən və günəş şüalarından qorumaq lazımdır. Parlaq günəş şüaları düz güzgünün üstünə düşməməlidir

Güzgünü hər gün quru yumuşaq əski ilə hər iki ayda bir dəfə isə sirkəli əski ilə silmək məsləhət görülür. Güzgünü göy lilli (sinkalı) su ilə silsəniz parıldayar. Güzgünün milçək qonmuş yerlərini yarıya bölunmüş soğan ilə silir , yumuşaq su ilə yuyurlar. Naşatır spirti işlətmək olmaz. Rütubətli otaqda güzgü tez xarab olur. Bunun qarşısını almaq üçün güzgü ilə onun çərçivəsi arasında iki qat yaratmaq lazımdır. Bunu belə etmək olar : Güzgünü çərçivədən çıxarıb ,qıraqlarına zamaska çəkir və güzgünü yerinə qoyub ehmallıca basırlar. Zamaskanın artığını hamarlayır və güzgünü mıxlarla bərkidirlər. Sonra güzgünün arxasına iki dəfə yağlı lak çəkirlər.

Çılçıraqların təmizlənməsi


Çılçıraqları işıgı söndürəndən sonra yuyurlar . Əvvəl isti su və sabunla yuyur , əgər bundan sonrada milçək qonmuş yerlər təmizlənməsə , həmin yeri denaturat spirti , ya da spirtdə isladılmış pambıqla silirlər.Bürünc Çılçıraq və lampaları təmizləmək üçün diş tozu və naşatır spirtindən hazırlanmış məhlulu şotka ilə metala çəkir , quruyandan sonra quru cod parça ilə silirlər.

 Şəkillərin təmizlənməsi

İncə təmizliklər
 

Yağlı boya ilə çəkilmiş şəkilləri çiy kartofla təmizləmək olar .Bundan başqa təmiz nəm əski ilə, bəzi ləkələri isə sabunlu su ilə silmək olar.Şəklin şüşəsini denaturat spirti ya da sirkə ilə silib təmizləyirlər.

17 fevral 2011
GO BACK