1. Üzükləriniz barmağınızdan sürüşüb düşür?
Üzüklərinizin barmağınızdan sürüşüb düşməsini əngəlləmək üçün iç qisminə şəffaf rəngli lak çəkməyi sınaqdan keçirin.
2. Açarlarınızı qarışdırırsınız?
Dərd etməyin bu problemin də həllini bilirik. Açarlarınızı fərqli rənglərdə boyayın, beləcə, onları daha qarışdırmazsınız.
3. Sancılanmısınız və isti bir şeyə ehtiyacınız var?
O zaman düyü sizə kömək edəcək. Düyü istini özündə saxlamaqda olduqca güclüdür. Kiçik bir kisə hazırlayın və ya bir corabdan istifadə edin. Düyünü kisəyə boşaldıb mikro dalğalı sobada bir neçə dəqiqə isidin. İnanın, bu qrelkayla eyni təsirə malikdir.
4. Saçınıza saqqız yapışıb?
Narahat olmayın. Saçalarınızı kəsməyə ehtiyac yoxdur, sadəcə həmin yerə bir az buz gəzdirin, saqqız öz-özünə qopacaq.
5. Qış paltolarınız və yun paltarlarınız tiftiklənib?
Üzülməyin onları ponza daşıyla təmizləsəniz, yeni kimi olacaq.
6. Büshalterinizin sıxlığını yoxlamaq istəyirsiniz?
O zaman barmaq testi edin. Necə? Barmağınızı arxa tərəfdən büshalterin bağlanan yerinə salıb dartın əgər çox uzanmır və sizi sıxmırsa, deməli, doğru seçim etmisiniz.
7. Tuş fırçanız köhnəlib?
Narahat olmağa dəyməz, onu isti suyla yuyun yeni kimi olacaq.
8. Eviniz sizə sıxıcı gəlir?
O zaman evinizdə mütləq canlı bitki saxlayın və bunu dekor məqsədilə edin. Bu bitkilər evinizi gözəlləşdirməklə yanaşı evin aurasını da gözəlləşdirəcəkdir.
9. Pəncərə ləkələrindən bezmisiniz?
Pəncərə sildiyiniz bezin üzərinə krem yuyucu vasitə tökərək silin. Bu pəncərələrinizi cızılmaqdan qoruyacaq və onu tərtəmiz edəcək.
10. Paltar şkafınızdan pis qoxu gəlir?
Bir parça pambığı ətirə batırıb şkafınızın bir küncündən asın. Fərqi hiss edəcəksiniz.