Qadin.NET / Yararlı məsləhətlər

Yararlı məsləhətlər

 

Yararlı məsləhətlər
1. Ayaq qoxusu probleminiz var?
Dərd etməyin. Ayaqqabılarınızı çıxaranda içinə 1 ədəd paket çay qoyun. Bu ayaqqabınızdan gələn pis qoxunu yox edəcək. 
2. Köhnə şalvarınızı atmaq istəyirsiniz?
Dayanın! Əgər şalvarınız köhnəlib və üstündə düyünlər əmələ gəlibsə onu ülgüclə təmiləyin. Şalvarınız yeni alınmış kimi təzə olacaq. 
3. Tenis topunun yalnız oynamaq üçün olduğunu düşünürsünüz?
Yanılırsınız. Tenis topunun alt tərəfinə kiçik bir cızıq açmaqla ona dəsmallarınızı, zərflərinizi, açarlarınızı asa bilərsiniz.
Yararlı məsləhətlər
4. Keyfiyyətsiz asılqanların işə yaramadığını düşünürsünüz?
Bəzi mağazaların verdiyi ucuz və keyfiyyətsiz asıılqanların şpilka qismlərini atmayın. Onlardan paket içində olan qidalarınızın təzəliyini qorumaq üçün istifadə edin. 
5. Yumurtanın qabığını soymaqda çətinlik çəkirsiniz?
Yumurta qaynadarkən, qaynatdığınız suya bir xörək qaşığı çay sodası töksəniz bişdikdən sonra qabığı çox asan soyular.
6. Düymələriniz tez-tez düşüb itir?
Düymələrinizin üstünə rəngsiz dirnaq boyası çəksəniz düymələrinizi əsla itirməzsiniz. 
Yararlı məsləhətlər
7. Yumurtalarınızın təzə olub-olmamasından şübhələnirsiniz?
Yumurtalarınızı suyla dolu bir qaba qoyaraq yoxlaya bilərsiniz. Necə? Çox sadə. Əgər yumurtalarınız suyun dibinə batırsa deməli yumurta təzədir, yox əgər suyun üzərinə çıxırsa deməli xarabdır. 
8. Yemək isitmək problem olub?
Yemək isidərkən, ortasında dairəvi  boşluq buraxsanız (quru yeməklər) daha tez isinər. (Bu bir az kişilərin işinə yarayacaq məsləhət oldu deyəsən).
9. Kərə yağınız donub və təcili onu otaq tempraturuna salmaq lazımdır?
O zaman onu sürtgəcdən keçirin. Görəcəksiniz ki, adət etdiyinizdən daha tez əriyəcək. 
Yararlı məsləhətlər
10. Yeni aldığınız babetlər ayağınızı sıxır?
Son illərdə ən dəbdə olan ayaqqabı modeli babetlər yeni alındığında çox insanın ayağını sıxır. Üzülməyin, bunun da çarəsi var. Qalın bir corabla geyəcəyiniz babetə hava feni ilə isti hava versəniz babetləriniz genişlənər və ayağınızı sıxmaz. good
14 avqust 2014
GO BACK