Qadin.NET / Çiy şorbalar

Çiy şorbalar

Çiy şorbalar

Pomidor-xiyar şorbası: Pomidoru, xiyarı, sarımsağı, göy soğanı və göyərtini xırda doğramaq, bir tikə islanmış pendir və kələm şirəsi əlavə etmək, üstünə qatıq tökmək.

Çiy şorbalar

Sadə pomidor şorbası: Qaba sarımsaq yaxud soğan sürtün, pomidoru doğrayın, üstünə bir stəkan qatıq tökün. Ürəyiniz istəyən göyərtilərdən əlavə edin. Şorba hazırdır.

Çiy şorbalar

Gövdə və yarpaq şorbası: 3-4 stəkan müxtəlif növ tərəvəzin (xiyar, kələm, göyərti, soğan və s.) üstünə 1,5 litr kvas əlavə etmək və qatışdırmaq, yarım saat dəm aldıqdan sonra 1 xörək qaşığı qaymaq (smetan) əlavə etmək.

Çiy şorbalar

Şülul (yabanı meyvə) şorbası: 1 stəkan qatığı 3 xörək qaşığı su və 3 xörək qaşığı xırdalanmış hər hansı şülulla (qarağatdan başqa) qarışdırmaq. İstəsəniz, meyvə şirəsi yaxud bal da əlavə edə bilərsiniz.

Quru meyvələrdən şorba: Axşamdan 40-50 q quru meyvəni isladın. Səhər sudan çıxardıb (suyu atmayın) tumlarını ayırın, sürtkəcdən keçirib yaxud əzin, öz suyuna qatın. Yeməyə 3 saat qalmış 1-2 xörək qaşığı buğda kəpəyi, narın hala salınmış qarabaşaq və yulaf dəni əlavə edin.

Ərşad Əzimzadə

8 aprel 2016
GO BACK