Demək olar bütün əczaçı və kosmetika mağazalarında rast gələ biləcəyiniz vazelin çox ucuzdur. Amma o qədər faydalıdır ki, saymaqla bitmir. Bu sıyahıda vazelinin nələrə “qadir” olduğunu biləcəksiniz.
Uzun müddətli ətir qoxusu
Ətir vuracağınız nahiyəyə bir qədər vazelin çəkin və üzərindən ətir vurun. İnanın ki, gün boyunca ətir qoxusu itməyəcəkdir.
Qaşlarınız
Əgər qaşlarınızı tez-tez düzəltmək məcburiyyətində qalırsınızsa, vazelindən yararlanın. Beləliklə, nəticəsindən rahat olun.
Makiyaj təmizləyici
Vazelin eyni zamanda çətin silinən makiyaj izlərini silir. Bir qədər çəkin və ovxalayın. Sonra da üzünüzü yuyun.
Dodaqlar
Vazelin ən güclü nəmləndirici hesab olunur və bir dodaq baxım kremi olaraq da istifadə edilir. Hər gecə yatmazdan əvvəl dodaqlarınıza vazelin çəksəniz, böyük dəyişikliyə şahid olacaqsınız.
Üzük çıxmasa
Əliniz şişərsə, üzüyünüz də barmağınızdan çıxmaz. Onu oradan çıxartmaq üçün vazelindən faydalanın.
Uzun və sıx kirpiklər
Həmişə uzun və sıx kirpiklərə sahib olmaq istəmisiniz? Onda diqqətlə oxuyun. Köhnə bir tuj fırçasını götürün və təmiz yuyun. Bir qədər vazelinə bulayın. Evdə tənbəllik etdiyiniz günlərdə tuj çəkirmişsiniz kimi kirpiklərinizə çəkin.
Saç qırılması
Əgər saç uclarında qırılma müşahidə etsəniz, vazelindən saç uclarına çəkin.
Saç boyası ləkələri
Əgər saç boyamağı düşünürsünüzsə alın və qulaq, boyun nahiyəsinə vazelin çəkin. Saç boyasını yuduqdan sonra həmin nahiyədə boya ləkəsinə rast gəlməyəcəksiniz.
Makiyaj ləkəsi
Yeni aldığınız geyimdə dodaq boyası ləkəsinə rast gəldiniz? Məyus olmadan bir qədər vazelinlə ləkəni təmizləyə bilərsiniz.
Dərini qoruyar.
Soyuq havalarda çölə çıxmazdan əvvəl əllərinizə vazelin çəkin. Onları şaxtadan qorumaq üçün ən gözəl vasitədir.
Taxma kirpiklər
Həssas göz dərisinə zərər vermədən taxma kirpikləri çıxartmaq istəyirsinizsə, vazelindən yararlanın.
Quru dırnaqlar
Dırnaqlarınızı və dırnaq kənarındakı dərinizə baxım üçün vazelin çəkin.
Yumşaq ayaqlar
Yatağa girməzdən əvvəl ayaqlarınıza vazelin çəkin və corab geyinin. Səhər oyandığınızda ayaqlarınızın necə yumşaq olduğunu hiss edəcəksiniz.
Saçınıza yapışan saqqız
Əgər saçınıza saqqız yapışıbsa, bir qədər vazelin götürüb saqqıza bulayın. Beləliklə, saqqızı üzü aşağıya doğru sürüşdürün. Amma səbrlə və təmkinlə edin. Nəticəsindən razı qalacaqsınız.