Qadin.NET / Çay sodasının faydaları

Çay sodasının faydaları

Natrium bikarbonat və ya soda olaraq tanınan və kimyəvi reaksiya ilə xəmirin qabarmasını təmin edən soda mayalanmaya kömək edir. Əslində ondan fərqli şəkildə istifadə edilə bilər. Bəs sodadan başqa hansı sahələrdə istifadə olunur?

Çay sodasının faydaları
Kəpək problemini aradan qaldırmaq üçün şampunla yuduğunuz saçınızı soda ilə masaj edib yaxalayın. Ardından da son yaxalama suyuna 1 qaşıq alma sirkəsi əlavə edin ki, saçınız tərtəmiz olsun.
Çay sodasının faydaları
Soyuducuya və ayaqqabı şkafına qoyacağınız bir miqdar çay sodası bütün pis qoxunu məhv edəcəkdir.
Çay sodasının faydaları
Bir qutu açıq soda soyuducudakı və ya otaqdakı qoxunu aradan qaldırmağınıza köməkçi olacaqdır. Onu sprey şüşə içərisində su ilə qarışdıraraq ucuz və sadə bir otaq ətiri əldə edə bilərsiniz!
Çay sodasının faydaları
 Yalnız sobada bişən yeməklər üçün deyil, ocaqda bişən yeməklər üçün də sodadan istifadə edə bilərsiniz, bu, xüsusilə ət yeməklərinizin daha yumşaq olmasına kömək olacaq.
Quru lobyanı islatdığınız suya bir miqdar soda atdığınız zaman köpə səbəb olan birləşmələri azaltmağa yardım edəcəkdir.
Çay sodasının faydaları
Tomat, pomidor sousu və qəhvəyə yenə bir qədər çay sodası əlavə etsəniz,  içərisindəki turşu miqdarını azaltmış olarsınız.
Çay sodasının faydaları
Ucuz və sadə bir təmizlik istəyənlərə müjdə! Pis qoxunu aradan qaldırıcı və təmizləyici xüsusiyyətə sahib olan sodanı hamam və mətbəxdə də rahatlıqla istifadə edə bilərsiniz. Ayrıca diş pastaları, qoltuqaltı dezodorantları və roll-onlarda da olan sodanı bir stəkan suya əlavə edib içinə protez dişlərinizi qoya bilərsiniz. Bu sayədə dişlərinizin üzərində olan ləkələr və diş ərpləri təmizlənəcək.
Çay sodasının faydaları
Paltaryuyan maşının yuyucu gözünə yarım ölçü soda əlavə etsəniz, yuyucu tozunun təsirini artırar. Durulama gözünə əlavə olunduğunda isə paltarlardakı pis qoxunu yox edər.
Çay sodasının faydaları
Hamam suyuna əlavə edəcəyiniz karbonat quru dərinizin yumşalmasına kömək edər.
Çay sodasının faydaları
Soda günəş yanıqlarına və ağcaqanad dişləməsinin yaratdığı qaşıntıya da yaxşı təsir göstərir. Bir qabın dörddə üçünə soda, dörddə birinə də su töküb məcun halına düşənə qədər qarışdırıb qaşınan bölgəyə tətbiq edə bilərsiniz. 
Çay sodasının faydaları
Üzmə hovuzuna əlavə edilən soda suyun təmiz qalmasını təmin edər və PH tarazlığını nizamlayar.
Çay sodasının faydaları
22 mart 2016
GO BACK