Qadin.NET / Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

1. Qəhvəni buz qəliblərində dondurub südün içinə ata bilərsiniz.

2. Qəbul edəcəyiniz 3 dəqiqəlik soyuq duş 40 kalori atmağınıza yardımcı olar.

3. Boğazınız ağrıyarkən dondurma yemək zərərli deyil, əksinə soyuq olduğu üçün faydalıdır.

4. Mədəniz bulanırsa, bir az toz qəhvə yeyin.
5. Dezodarantınızı səhər yox, gecə vursanız, gün ərzində daha az tərləyərsiniz.
6. Saxsıdakı çiçəkləriniz böcəklərə görə quruyursa, siqaret küllərini bitkilərin kökünə tökün. Kül böcəkləri zəhərləyərək öldürür.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət

7. Yumurta qaynadarkən qabıqlarının çatlamaması üçün qaynayan suya yanmış kibrit atın.

8. Turşu bağlayarkən duzunun normal olub-olmadığını anlamaq üçün içinə zeytun, ya da yumurta atın. Batmırsa, deməli, duz miqdarı yaxşıdır.
9. Google Chrome-da Ctrl+Shift+N-i vursanız, gizli rejimə keçərsiniz. Bu pəncərədə baxdığınız səhifələr skaner keçmişinizdə görünməz.
10. Hıçqırıq tutduğu zaman nəfəsinizi 15 saniyə tutduqdan sonra 3 dəfə udqunun. Qısa müddət içərisində hıçqırığınız kəsiləcək.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
11. Şiddətli ishal vəziyyətində mövsümüdürsə, narın qabığını soyub suda qaynadıb için. Mövsümü deyilsə, qurudulmuş nar qabığından istifadə edin.
12. İlk görüşünüzdə kinoya gedəcəksinizsə, qorxu filmlərini seçin. Bu sizi şüuraltında bir-birinizə daha yaxın hiss etdirəcək.
13. Qədəhdəki şərabın keyfiyyətini yoxlamaq üçün, yüngülcə çalxalayın. Qədəhin ətrafında yaranan torta nə qədər ağır aşağı ensə, şərab o qədər keyfiyyətlidir.

14. Ütüdəki suyun içinə bir az ətir sıxsanız, paltarlarınız çox gözəl ətirli və təravətli olacaqdır.

15. Pişiklərin naftalindən və plastikdən xoşları gəlməz. Pişiklərin oturmasını istəmədiyiniz yerlərə ya naftalin qoyun, ya da neylon örtük örtün.

16. Şahmatda qazanmaq üçün ortadakı 4 kvadrata hakim olmalısınız.

17. Əhvalınızın pis olduğu zamanlarda açıq havada gəzməyə çalışın. Bu, beyninizin mərkəzini maqnitə çevirər və sizi rahatladar.

18. Yediyiniz acıdan ağzınız yanırsa, su içmək yerinə çörəyin içini, ya da şirin nəsə yeyin.

19. Saçlarınızı rəngləyərkən alnınızda qalan boya ləkələrini təmizləmək üçün südə batırılmış pambıqdan istifadə edin.
20. Əgər aldığınız balığı 3 saat içində bişirməyəcəksinizsə, parça-parça deyil, bütöv halda alın. Beləliklə, balığın təzəliyini qorumuş olarsınız.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
21. Yata bilmirsiniz? Bədəndəki melatonin səviyyəsini yüksəltməyə köməkçi olan albalı yuxusuzluğa qarşı ən gözəl üsullardan biridir.
22. Evdən makiyajsız çıxdığınız zaman kök yeyərək üzünüzə rəng gəlməsini təmin edə bilərsiniz.
23. Ayağınızı ayağınızın üstünə aşırıb oturmağınız varikoza və çatlara səbəb olur.
24. Dırnaq boyasından saralan dırnaqlarınızın rəngini açmaq üçün onları sirkə ilə silin. Bu, dırnaqlarınızın rəngini açacaq.
25. Zibil qutunuzun içinə bir qədər çay sodası, ya da qabartma tozu töksəniz ətrafa yaydığı pis qoxunu önləmiş olarsınız.
Həyatınızı asanlaşdırmaq üçün 30 məsləhət
26. Yumurtaları qaynatdıqdan sonra qalan suyu dibçəklərin dibinə tökün. Bu, bitkilər üçün olduqca qidalandırıcıdır.
27. Makiyaj etməzdən əvvəl üzünüzə nəmləndirici sürtün və bir müddət gözləyin. Beləcə, makiyajınız daha qalıcı olacaqdır.
28. Sobada kartof bişirməzdən əvvəl kartofu 10-15 dəqiqə qaynadın və çəngəl ilə deşin. Necə asan bişirdiyinizi görəcəksiniz.
29. Yeməkdən əvvəl dişlərinizi fırçalarsanız, daha az yemək yeyərsiniz və daha tez arıqlayarsınız.
30. Portağalları sıxmazdan əvvəl soyuq suda saxlasanız, əldə ediləcək portağal suyu miqdarını yarı yarıya artırarsınız.
17 iyun 2014
GO BACK