Əziz xanımlar! Hər hansı bir ləkəni yox etmək və ya praktik məsləhətlər üçün kömək lazım gəlir. Sizə təqdim etdiyim xəbərdə bununla bağlı bəzi məsləhətlər var. Xəbərin ardı da olacaq. Əminəm ki, bu məlumatlar nə vaxtsa lazımınız olacaq.
1. Balığı bişirdikdən sonra əlinizdən balıq iyi gələrsə, əllərinizi diş pastası ilə yuyun.
2. Əllərinizdən sarımsaq, soğan iyi gəlməsin deyə 2 çay qaşığı çay sodasını 1 stəkan suda həll edin və əllərinizi həmin məhlulda 30-60 saniyə saxlayın.
3. Dodaq boyası ləkəsini aseton və ya spirtlə sildikdə dərhal yoxa çıxır.
4. Uşaqlar karandaşla divara şəkil çəkir? Nəm əskini çay sodasına batırın. Bir az güc sərf etsəniz, yazılar yoxa çıxar.
5. Paltara düşmüş pas ləkəsini limon şirəsi ilə təmizləmək olar.
6. Stula yapışmış saqqızı buz parçaları ilə dondurun. Beləcə, bıçağın köməyi ilə asanlıqla qopur.
7. Güldandakı suya 2 xörək qaşığı sirkə və 1-2 aspirin həbi əlavə etsəniz, güllər gec solacaq.