Qadin.NET / Dəm çayının faydaları

Dəm çayının faydaları

Saçınız solğundurmu?

 

O zaman,saçınızı şampunla yuduqdan sonra, bir çaydan ilıq çay ilə saçlarınızı durulayın.Saçlarınızın necə parıltılı və canlı olacağını söz ilə anlatmaq mümkünsüz.

 Ayağınız iylənirmi?

 


 

Ürəyinizi sıxmayın.İlıq dəm çayı ilə dolu bir vannaya ayaqlarınızı salın və 10 dəqiqə gözləyin.Bunu 10 gün hər axşam təkrar edin.10 gündən sonra ayağınızda iyi-qoxu deyə heç nə qalmayacaq.

Dərinizdə yaralarınız var?


O zaman pambığı, antibiotik rolunu oynayan dəm çayına batıraraq silin.Tərtəmiz simaya sahib olacaqsınız

 Boğazınız ağrıyır?

 

Dəm çayını süzgəclə bir stəkana süzərək,boğazınızı qarqara edin.. Özünüzü sanki boğazınız heç ağrımamış kimi hiss edəcəksiniz.

Əlinizdən balıq ya soğan qoxusu gəlir?

 


Balıqları təmizlədiniz,əlinizi sabunla yudunuz,amma hələ də balıq qoxusu gəlir.Və ya soğan soydunuz eyni hal.O zaman əlinizi dəmlənmiş çay ilə yuyun.

Soyuducuda xoşagəlməz iyi mi var?


O zaman dəm çayının yarpaqlarını qurudaraq bir qabın içərisində soyuducunun orta hissəsinə yerləşdirin.Heç bir qoxu duymayacaqsınız

Üz dəriniz çox yağlıdır?

 

Hamamdan çıxmadan öncə dəm çayı ilə üzünüzü sanki masaj edirsiniz kimi yuyun.Üz dərisində yağlılığın nə demək olduğunu unudacaqsınız.
16 may 2011
GO BACK