Təmiz havanın ilk addımı - ventilyasiya
Daxili mühitin havasının çirkliliyi qarşısında ən əhəmiyyətli mövzu ictimai şüurun artırılmasıdır. Bununla yanaşı, daxili mühitin hava keyfiyyəti standartlarının yaradılması da əhəmiyyətli bir pillədir. Alına biləcək tədbirlərin başında isə yaxşı ventilyasiya sistemi gəlir.
Ventilyasiya çirklənmiş havanı bayıra çıxararaq təzə havanın otaq və ya binaya daxil olmasıdır. Ventilyasiya sistemi yoxdursa və ya işləmirsə, deməli, tüstü və çirkli hava qəbul edirsiniz. Bu vəziyyət eyni zamanda nəmin də içəridə qalmasına, beləcə, rütubət və kiflənməyə yol açır. Bağlı mühitlərdə havanın çirkliliyini azaltmağın ən yaxşı yolu ventilyasiyadır.
Yataq otağınızı əşyalarla doldurmayın
Yaxşı ventilyasiya üçün ev təmiz və tozsuz olmalıdır. Bunun üçün xüsusilə yataq otağında əşyalar az olmalı, toz tutan əşyalardan istifadə edilməməlidir. Təmizlik və havalandırma olduqca əhəmiyyətlidir.
Ev tozu bakteriyaları xüsusilə 25 dərəcədə və 75 % nəm nisbətlərində törəyir. Yaşadığınız mühit lazımsız yerə isidilməməli və nəm nisbəti 45% olmalıdır. Evdə bəslənən tüklü heyvanlara qaydalara uyğun şəkildə baxılmalıdır.
Kifli divarları sirkəylə təmizləyin
Allergiya şikayətlərinə səbəb olan kifin qarşısını almaq üçün ventilyasiyanın yaxşılaşdırılması, rütubətin azaldılması lazımdır. Kifli divarlar üçün su, sabun, sirkə kimi evdə olan sadə maddələrdən kif təmizləyici hazırlana bilər.
Həşəratlara qarşı divardakı çatları qapadın
- Hamam böcəkləri və siçan kimi gəmiricilərlə mübarizədə ən yaxşı tədbir onları özünə cəzb edən şərtlərin ortadan qaldırılmasıdır. Çünki bunları önləmək üçün istifadə edilən kimyəvi maddələrin əksəriyyəti zəhərlidir.
- Qida qırıntıları, çörək parçaları və digər tullantılar nizamlı olaraq təmizlənməlidir.
- Yemək hazırlanan və yeyilən yerlər təmiz və quru olmalıdır.
- Ərzaqlar ağzı sıx bağlı olan qablarda saxlanmalıdır.
- Su buraxan kranlar təmir edilməli, qab-qacaq yuyulan yer quru olmalıdır.
- Evdəki zibillərin ağzı bağlı saxlanmalı və zibil qablarına atılmalıdır.
- Divar, döşəmə və tavanlardakı çatlar bağlanmalıdır.
Evinizi çay sodasıyla təmizləyin
Zəhərli kimyəvi maddələr ehtiva edən bir çox təmizlik məhsulları xəstəliklərə yol açır. Bu tip məhsullar nəfəs alma, udma və ya dəriylə təmas zamanı da insanı zəhərləyə bilər. Əks təsirləri dərhal və ya illər sonra ortaya çıxa bilər. Xüsusilə kiçik, qapalı, havasız yerlərdə ağız, burun, gözlər qorunmalıdır. Maye sabun, isti su, çay sodası (karbonat), sirkə kimi daha az zəhərli təmizləmə üsullarının olduğu unudulmamalıdır.
Mətbəxin qapısını bağlı, pəncərəsini açıq saxlayın
- Pəncərələr böyük olmalı, mətbəx havalandırılmalı və ya aspirator, kondisioner kimi texniki avadanlıqlardan istifadə edilməlidir.
- Yemək bişirərkən mətbəx havalandırılmalı, mətbəxin qapısı bağlı, pəncərəsi açıq olmalıdır.
Tamamilə tüstüsüz bağlı məkan şərtdir!
Bağlı məkanlarda siqaret tüstüsünə məruz qalmayın. Elmi araşdırmalar məkanların kondisioner, ventilyasiya, siqaret çəkilə biləcək və çəkilə bilməyəcək kimi hissələrə ayrılmasının təsirsiz olduğunu göstərmişdir. Tüstünün zərərindən qorunmağın tək yolu bağlı sahələrin tamamilə siqaretsizləşdirilməsidir.