Qarda islanmış çəkmələri evə gələn kimi dərhal qəzetin üzərinə qoymaq lazımdır.Uzunboğaz çəkmələrin içini isti su və sabunla çolünü isə soyuq su ilə yuyun.
Zamşa ayaqqabıları buxara verib xüsusi şotka ilə təmizləmək lazımdır.Əgər zamşa ləkələnib, çirklənibsə onu 1 çay qaşığı naşatır spirti qatılmış sabunlu su ilə yuyun.
Yaş çəkmələri batareya və ya qaz kənarına qoymaq qəti olmaz.Onları otaq temperaturunda qurudun.
Çəkmədən gələn tər və xoşagəlməz qoxunu aparmaq üçün hidrogen-peroksiddə isladılmış pambıqla silmək lazımdır.
Ayaqqabı və ya uzunboğaz çəkmələr tikişdən su buraxmasın deyə gənəgərçək yağı,bərabər miqdarda götürülmüş piy və mum qarışığı çəkin.
Çəkmələri səhər geyinməmişdən əvvəl deyil,gecədən təmizləmək,krem çəkmək lazımdır.Səhər krem çəkib,dərhal da geyinilmiş çəkmə müdafiəsiz olur.Krem küçənin tozunu,suyunu asanlıqla üzərinə hopdurur.Soyuq havadan çat verir.
Krem çəkmələrə 10-12 saata hopur,axşamdan kremlənmiş ayaqqabıları səhər sürtüb,parıldatmaq lazımdır.