Qadin.NET / Qısa və lazımlı məsləhətlər

Qısa və lazımlı məsləhətlər

 



 

Qısa məsləhətlər


*Pendiri soyuducuda açıq halda qoymaq olmaz.

*Pendir artıbsa, xırda-xırda doğrayıb sarmısaq ,duz və bibərlə yaxşıca qarışdırırıq,və ya mikserlə çalırıq ,sonra çörəyə sürtüb ləzzətlə yemək olar.

*Holland pendiri bərkiyibsə, bir müddət südün içində saxlamaq lazımdır ,yumşalır və yeyilə biləcək hala gəlir.

*Qatığı uzun müddət saxlamaq istəyirsənsə,içindəki suyu atmayın.Bütün vitamin və minerallar bu suyun içərisində olur.

*Süd bişən tavanın içinə bir qaşıq salsaq süd daşmaz.Südü  bişirəcəyimiz tavanı əvvəlcədən soyuq su ilə yaxalasaq süd tavanın dibinə yapışmaz.

*Təzə yumurta ağır köhnə yumurta yüngül olur.

*Təzə yumurtanı duzlu suya atdıqda dibə batar ,batmazsa köhnədir.

*Yumurtanı yuyub saxlamaq olmaz.Yumurtanı bişirəndə suya 5-6 kibrit çöpü atsaq yumurta çatlamaz.

*Yumurtanı bişirəndə içinə duz atsaq soymaq asan olar.

*Çörək saxlanılan qabı 15 gündən bir sirkəli su ilə silmək lazımdır.

*Çörək bayatdırsa incə-incə doğrayıb,üzərinə azca süd səpib və isti yağda qızardırıq,sonra o biri üzünə çevirib,pomidor və holland pendiri düzürük qoyuruq sobaya pendir əriyəndə götürüb yemək olur.

*Çörək kəsilən bıçağı 2-3 dəqiqə qaynar suda saxlayanda kəsmək asan olur.

*Ət tez bişsin deyə tavaya azca çörəyin içini atın.

*Ət bişəndə limon suyu töksən daha ləzzətli olur.Toyuğu sobada bişirərkən üstünə sürtdüyümüz yağa azca şəkət tozu əlavə etsək qıp-qırmızı qızarar.

9 yanvar 2011
GO BACK