Qadin.NET / Paltarınıza saqqız yapışıb?

Paltarınıza saqqız yapışıb?

 

 

Belə bir hadisə çox insanın başına gəlib. Paltara yapışan saqqızı təmizləmək uzun vaxt aparır.Bunu da bilmək lazımdır ki,böyük,yaxud kiçik saqqız ləkəsinin fərqi yoxdur.Ləkə kiçikdir deyib üstündən keçməyin. Saqqız ləkələri qalıcı ola bilər.Saqqız ləkəsinə bulaşmış olan insanların böyük bir əksəriyyəti bu ləkədən necə xilas olmagı bilmir.Bəs paltardan saqqızı necə çıxarırlar bilirsinizmi?

1.Odekolondan istifadə edərək saqqızın yapışdığı sahəni təmizləyə bilərsiniz.

2.Saqqız yapışan yerin üstünə təmiz bez salın.Sonra ütü ilə üstündən gedin.Bu əməliyyatı bir neçə dəfə təkrar edin.

3.Saqqız yapışan paltarı bir paketə (sellafon) qoymağınız lazımdır.Daha sonra bu paltarı götürüb soyuducumuzun buz yerinə qoyuruq. Buz yeri nə qədər çox dondursa,bir o qədər yaxşıdır.Paltarınızı bir saat dondurucuda saxladıqdan sonra çıxardıb təmizləyin.Bundan sonra ləkələrin çıxdığını görəcəksiniz.

Bəzən də saqqız ləkələri xalçalara keçə bilir. Bunun üçün yenə eyni sistemi istifadə etməli olacaqsınız. Bunun üçün buzları götürüb xalçanızın üzərində gəzdirməlisiniz.

Nəzərinizə çatdırım ki,belə bir problem məndə də olub.Ən yaxşı üsul isə ikinci üsul olub.

 
6 yanvar 2011
GO BACK