-Əti qaynadarkən duzunu axırda tökün,onda daha tez bişər.
-Toyuq əti salatlar üçün qaynar suda bişirilsə daha incə olar.
-Tərəvəzləri gün dəyməyən tərəfdə saxlamaq lazımdır.
-Salatları duzlayandan sonra yağ tökürlər çünki,duz yağda ərimir.
-Meyvələrin dilimləri qaralmaması üçün onları limon şirəsilə sulamaq lazımdır.
-Zeytunu bitki yağında saxlamaq məsləhətlidir.
-Mal dilinin qabığını yüngül soymaq üçün onu 10 dəqiqə soyuq suda saxlayın.
-Südə (1 litr-1 ç q)şəkər tozu qatıb qaynatsanız uzun müddət təzə qalar.
-Təzə südü işıq altında saxladıqda A və C vitaminləri itmir.
-Qurumuş limonu soyuq suya saldıqda yenidən təzələnir.
-Ət bişərkən suya kök atsanız ətin spesifik qoxusu itər.