Qadin.NET / Hər şey öz əlimizdədir

Hər şey öz əlimizdədir

Hər şey öz əlimizdədir. Evinizdə enerjiyə qənaət etməklə həm büdcənizə kömək etmiş olarsınız, həm də enerji itkisinin qarşısını ala bilərsiniz. Elə isə buyurun:

Hər şey öz əlimizdədir
1. İstifadə etmədiyiniz otaqların işıqlarını söndürün. Evinizdə parlaq (ağ) lampalardan və ya yeni istehsal edilən və adi lampalardan 5 dəfə az enerji sərf edən lampalardan istifadə edin.
2. Lampaların daha yaxşı işıq verməsi üçün quru əski ilə təmizləyin. Unutmayın ki, kirli və tozlu lampalar 25% çox enerji sərf edirlər.
3. Yalnız istifadə etdiyiniz otaqları qızdırın.
4. Qonaq otağını 20, yataq otağını 17 dərəcəyə qədər qızdırmaq kifayətdir.
5. Günəş çəkiləndən sonra otaqdakı istiliyi qorumaq üçün pərdələrinizi bağlayın.
6. Qapılarınızdan və pəncərələrinizdən hava sızmasına imkan verməyin.
Hər şey öz əlimizdədir
7. Qabyuyan və paltaryuyan maşınızdakı kirəcləri təmizləyin. Unutmayın ki, 1 mm kirəc sizin 10% çox enerji sərf etmənizə səbəb olur.
8. Paltaryuyan masınınızı dolduqdan sonra işə salın.
9. Paltarlarınızı 90-95 dərəcədə yox, 60 dərəcədə yuyun. Bu, əvvəlki temperaturdan 8 dəfə az enerji sərf etmək deməkdir.
10. Bulaşıq qabları maşına qoymazdan əvvəl isladın.
11. Daha az su və enerji sərf edən paltaryuyan və ya qabyuyan maşınlara üstünlük verin.
12. Televizor və video kimi cihazları söndürərkən düyməsindən söndürün.
13. Krandan su sızmasına imkan verməyin. Bu, ayda ən azı 170-500 litr su deməkdir.
Hər şey öz əlimizdədir
14. Soyuducunuzu gün düşən və ya temperaturu yüksək olan yerlərdə yerləşdirməyin. 25 dərəcə temperaturu olan mətbəxdəki soyuducu 20 dərəcə tempuraturu olan mətbəxlə müqayisədə 20 dəfə çox elektrik enerjisi sərf edir.
15. Soyuducu alarkən az enerji sərf edən soyuduculara üstünlük verin.
16. Havanın sərbəst hərəkət etməsi üçün soyucunuzu divardan 5 sm aralı qoyun.
17. Yeməklərinizi otaq tempuraturuna qədər soyutduqdan sonra soyuducuya qoyun.
18. Soyuducunuzun qapısını tez-tez açmayın.
19. Soyuducular ən çoxu 20 il normal işləyirlər. Köhnə soyuducular yeni soyuducularla müqayisədə 2 dəfə çox enerji sərf edirlər.
Hər şey öz əlimizdədir
20. Yemək bişirərkən ocağınızın təmiz olmasına diqqət yetirin. Çünki elektrik enerjisinə qənaətdə ocağın təmizliyi mühüm rol oynayır.
21. Ocağın oduna görə böyük və ya kiçik qazanlardan istifadə edin. Oda uyğun olmayan ölçüdə qazanlardan istifadə etmək 40% enerji itkisi deməkdir.
22. Qapaqlı qazan qapaqsız qazandan 4 dəfə az enerji sərf edir.
28 fevral 2014
GO BACK