Qadin.NET / Aşpazlığın sirləri

Aşpazlığın sirləri

Aşpazlığın sirləri

Xörək bişirmək təkcə böyüklərin işi deyil. Yeniyetmələr, xüsusən gənc qızlar da əllərini yandırmaqdan, barmaqlarını kəsməkdən qorumaq üçün bəzi qaydalara riayət etməlidirlər:

- Qadınların əməyini yüngülləşdirmək və vaxta qənaət etmək məqsədilə təsərrüfat malları mağazalarında xörəyi tez bişirən qazanlar, tavalar satılır. Belə tavaları, qazanları işlədərkən xüsusilə ehtiyatlı olmaq, onları işlətmək qaydasına ciddi riayət etmək lazımdır.

- Odun üstündən yenicə yerə düşürülmüş tamam soyumamış qab–qacaq, tava, ütü yanğın törədə bilər. Odur ki, belə qabları uşağın əli çatmayan yerə qoymaq lazımdır. 

Aşpazlığın sirləri

- Çox zaman xanımlar balığın pullarını təmizləyərkən, xüsusən üzgəclərini, quyruğunu kəsib ayırarkən tıxı, sümüyü ovucun içini, barmaqları yaralayıb qanadır. Bunun qarşısını almaq üçün balığı bir əldə dəsmalla tutub o biri əllə təmizləmək lazımdır. Balığın əlinizdən sürüşməməsi üçün barmaqları duza batırmaq da kifayətdir.

- Odun üzərinə qoymamışdan qabaq tavaya azca duz səpsəniz kartof, yaxud kotlet qızardıqda qaynar yağ ətrafa bir o qədər sıçramaz.

- Qaynar suya düyü, vermişel və başqa ərzaq məhsulları tökdükdə də ehtiyatlı olmaq lazımdır. 

Aşpazlığın sirləri

- Duru xörək bişirəndə duzunu çox tökmüşsünüzsə, bundan narahat olmayın. Bu zaman içərisinə bir kartof əlavə edib bir dəfə qaynadın. Belə etsəniz, xörəyin duzluluğu tamam gedəcəkdir.

- Xırda doğranmış kök, cəfəri, kərəviz, 2 xörək qaşığı günəbaxan yağı, duz və qara istiotu qarışdırıb balığın içinə dolduraraq sobada 30 dəqiqə müddətində qızardın.

- Tərəvəz çığırtması (kartof, pomidor, badımcan, istiot və s.) bişənə yaxın üzərinə 2 ədəd yumurta, 100 qr sürtkəcdən keçirilmiş pendir, yarım stəkan qazlı su və 2 xörək qaşığı kərə yağından hazırlanmış qarışıq tökün. 

Aşpazlığın sirləri

- Limon sousunu xüsusən qızardılmış ətin yanında süfrəyə verəndə çox ləzzətli olur.

- Salat üçün hazırladığınız kartof qaralmasın deyə onun bişdiyi suya 1 xörək qaşığı sirkə əlavə etmək lazımdır.

- Suya 1 xörək qaşığı marqarin atsanız, kartof tez bişər.

- Pomidorların qabığını asanlıqla təmizləmək üçün onları qaynar suya salıb çıxarın, sonrada üstünə soyuq su axıdın.

- Piroq və bulkaların bişirilmə vaxtını azaltmaqdan ötrü təzə yoğrulmuş xəmirin içinə bir neçə dənə makaron sancmaq lazımdır. Onda xəmir tez əmələ gələr. 

Aşpazlığın sirləri

- Piroq tavaya yapışıbsa, tavanı yaş əskinin ustünə qoymaq lazımdır. Bir neçə dəqiqədən sonra piroq asanca tavadan çıxar.

- Çörək və piroqu isti-isti kəsməzdən əvvəl iti bıçağı isti suda bərk qızdırmaq, sonra tez silmək lazımdır.

- Qabdan balıq iyi gəlməsin deyə, onu su ilə yuyub limon qabığı və yaxud sirkə ilə silmək, sonra sabunla yumaq lazımdır.

- Unlu şirniyyatı ağzı möhkəm bağlanan qazanda kətan dəsmalla bükülmüş halda saxladıqda qurumur.

- Şirniyyata qatılacaq ədviyyatı üyüdüb ələmək lazımdır. Üyüdülmüş ədviyyatı uzun müddət saxlamaq məsləhət görülmür.

- Fındıq ləpəsinin qabığını qovurmaqla, badam və qoz ləpəsinin isə qaynar suda pöşələməklə təmizləyirlər.

8 mart 2016
GO BACK