Qadin.NET / Təmizlik sağlamlıqdır

Təmizlik sağlamlıqdır

 

Təmizlik sağlamlıqdır

Qabyuyan maşında stəkanları elə düzün ki, onlar bir-birilə toqquşmasın. Bunun üçün xüsusi altlıqlardan istifadə etmək məsləhətdir. Əgər yuyucu maye üçün nəzərdə tutulmuş qabın içinə əvvəlcə sirkə, 10 dəqiqədən sonra isə iş rejimini dayandırıb, sabun əlavə edib qabyumanın işlək vəziyyətini davam etdirsəniz, şüşə stəkanlar təzə stəkanlardan da yaxşı parıldayacaq.

Təmizlik sağlamlıqdır

Qəhvə hazırlanarkən heç vaxt qəhvə bişirənin qapağını aralamağa cəhd etməyin. İçəridə təzyiqin aşağı enməyini gözləyin, sonra qapaq özü asanlıqla açılacaq. Qəhvə bişirənin burun hissəsini asanlıqla çıxarıb əl ilə yumaq olar. Onu sancağın köməyilə təmizləmək olar.

Sobaya bir qab su qoyun. Sobanı qızdırın. 20 dəqiqə qab orada qalsın. Belə olduqda divarlara yapışmış kir və yağlar yumşalır. Sonra sobanın divarlarını bez və ya kağız dəsmal ilə silin. Təmizlənmiş yerlərin üstünə nazik qat suda islanmış çay sodası sürtün. Sonralar qurumuş soda sobanı kirdən qoruyur və təmizləməni asanlaşdırır.

Təmizlik sağlamlıqdır

Əgər sizin yaşadığınız ərazidə su çox coddursa, su süzgəclərini 8-10 həftədən bir dəyişin. Əgər su çox cod deyilsə, yarım ildə bir dəfə dəyişin. Elektrik çaydan və qəhvə bişirənlər üçün xüsusi süzgəclərdən istifadə edin.

* Yemək bişirdikdən əvvəl qril qəfəsini bir baş qırmızı soğanın yarısı ilə silsəniz, bişirdiyiniz yeməkdən gözəl qoxu gələr.

* Pis qoxunu yox etmək üçün termosu sirkəli su ilə yaxalamaq lazımdır.

Təmizlik sağlamlıqdır
Ləkələrlə mübarizə

* Təzə ləkələrin üstünə xörək duzu səpilir, sonra nəm edilib yuyulur.

* Hiposulfitin 10%-li mayesi. Ləkəni soyuq suda isladıb adi nişaşta ilə silirlər. Ləkə yoxa çıxanadək proses təkrar olunur, sonra sabun ilə yuyulur.

* Çay ləkələri olan yerə 10% oksalat turşusu məhlulunu yedizdirmək, 5-10 dəqiqədən sonra yumaq lazımdır. 

7 fevral 2014
GO BACK