Qadin.NET / Qidaları mühafizə etmə tövsiyələri

Qidaları mühafizə etmə tövsiyələri

Qidaları mühafizə etmə tövsiyələri

Quru qidalar
*Un,şəkər,paxla tipli qidalar şüşə bankalarda saxlanmalıdır.
*Şəkər ağzı möhkəm bağlanmış bankada 2 il saxlana bilir.
*Kartof sərin və quru yerdə saxlanmalı,soyuducuya qoyulmamalı.
*Düyü ağzı qapalı sərin və quru yerdə 2 ilədək saxlana bilir.
*Keksləri saxladığınız qabın içərisinə yarım alma qoysanız daha uzun təzə qalacaqdır.
Ədviyyatlar
*Ədviyyatlar əsla sobaya yaxın şkaflarda saxlanmamlı.
*Hətta bəzi ədviyyatlar soyuducuda saxlanmalı.
*Sarımsağı soyaraq zeytun yağının içərisində saxlamaq olar.Sarımsaqları istifadə etdikdən sonra qalan yağı salat soslarında ləzzətli dadı ilə sərf edə bilərsiniz.
*Quru çayı mütləq ağzı bağlı bankada mətbəxin sərin və qaranlıq hissəsində saxlanmalı.
*Sirkə çox asitli olduğundan dəmir,mis qablarda saxlanmamalı.
Çörək
*Bir az kərəvizi çörək saxladığınız torbanın içərisinə qoysanız,çörək daha uzun təzə qalmış olur.
*Çörək çoxdursa,saxlama poşetində,neylona sararaq soyuducunun dərin dondurucusunda saxlamaq olar.
Pendirlər
*Pendirlər soyuducuda əvvəlcə yağlı kağıza sarılaraq,daha sonra isə alümnium folqaya sarılaraq saxlanmalıdır.
*Ağ pendiri uzun zaman istifadə üçün zeytun yağı içərisində saxlaya bilərsiniz.
*Bolqar tipli pendirlərin kiflənməməsi üçün əvvəlcə ağ kağız parçasına sarıyıb,sonra neylon poşetə qoymaq lazımdır.
Konservlər
*Açılmamış konservlər quru yerdə və otaq temperaturunda saxlanmalı.
*Konserv qutularını əsla nə çox soyuq, nə də çox isti yerdə saxlamayın.Təhlükəli hallar ola bilər.
Yumurta
*Yumurtanın təzə olub-olmadığını anlamaq üçün 2 x.q. duzu 500 ml suda əridin və yumurtaları bu suya atın.Yumurta batarsa,təzədir.
*Yumurta kardon qutusu içində soyuducuda 5 həftəyə qədər saxlana bilir.Yumurtanın qabığı içərisinə asanlıqla qoxu keçdiyi üçün ağzı qapalı qutuda saxlanması lazımdır.
30 may 2009
GO BACK